Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xızıda daha bir BİABIRÇILIQ:Altıağac Milli Parkı satılıb, amma...

 

Ötən yazılarımızda Xızı rayonunda baş verən qanunsuz torpaq satışı barədə geniş məlumat vermişdik.

Yenixeber.org: Bundan əlavə Altıağac Milli Parkın bir neçə hissəsinin imkanlı şəxslərə satılması və bunların arasında dövlət məmurlarının olduğu bildirilmişdir. Nəzərinizə çatdıraq ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Xızı RİH-nə və digər qurumlara rəsmi məktub ünvanlanıb. Məktubumuza cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bialoji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazisinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə tərəfindən redaksiyamıza məktub daxil olub. Məktubda deyilir:

“ Altıağac Milli Parkına məxsus meşə fondu torpaqların satılması barədə” 2018-ci il 14 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığınız məktubda göstərilən aidiyyəti üzrə Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamenti tərəfindən araşdırılmışdır.

Araşdırma zamanı məktubda göstərilən telefon nömrəsi vasitəsi ilə sizə dəfələrlə zəng edilmiş, lakin həmin nömürə şəbəkə xidməti xaricində olduğu üçün sizinlə danışmaq mümkün olmamışdır.

Lakin buna baxmayaraq, məktubda qeyd olunan əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Xızı bələdiyyəsi tərəfindən 2005-ci ildə satılmış və 2008-ci ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri tərəfindən müvafiq çıxarışla təmin edilmiş Sumqayıt şəhər sakini Məmmədov Sahib Məmməd oğluna məxsus hasarlanmış 0,8 ha torpaq sahəsinin 0,028 hektarının Altıağac Milli Parkının ərazisinə aid olduğu məyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq qanunsuz olaraq hasara alınmış milli parka məxsus 0.028 ha sahənin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə vətəndaşa rəsmi xəbərdarlıq göndərilmiş və bundan sonra ərzidəki hasar vətəndaş Sahib Məmmədov tərəfindən sökülərək milli parka təhvil verilmişdir.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Altıağac Milli Parkın əsas hissəsi satılıb və hündürmərtəbəli yaşayış evləri tikilmişdir. Misal üçün keçmiş bələdiyyə sədri və hal-hazırda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırovun kirvəsinə satdığı torpaq sahəsi. Dəfələrlə qeyd etmişik ki, bələdiyyə sədri işlədiyi dövürdə M. Bağırov yaxınlarına və qohumlarına Altıağaq Milli Parkın razisindən sataraq böyük gəlir əldə etmişdir. Maraqlısı budur ki, Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin əməkdaşları o qədərmi M. Bağırovdan çəkinir? Bəlkə, torbada pişik var?

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə ünvanladığımız məktublar dərindən araşdırılmır. Bir faktı nəzərinizə çatdıraq ki, məktubda göstərilən faktlar tam real olduğu halda nazirliyin əməkdaşları araşdırma aparmaq əvəzinə bəzi şəxslərin sifarişlərini yerinə yetirir. Daxil olan məlumatda göstərilir ki, 4 saylı Ərazi Ekologiya idarəsinin əməkdaşları Xızıda olarkən qarşı tərəflə ortaq məxrəcə gəlib. Lakin onların neçə və hansı şərtlərlə M. Bağırovla razılaşdıqları barədə növbəti yazılarımızda qeyd ediləcək. Bir daha vurğulamaq istəyirik ki, Altıağac Milli Parkın cox hissəsi satılıb və onların sökülməsi istiqamətində heç bir addım atılmir. Məlum məsələdir ki, bir vaxtlar bələdiyyə sədri işləyən Mövsüm Bağırov bütün imkanlardan istifadə edərək milli parkın ərazisini əvvəlki vaxtına qaytarılmasının qarşısını alır. Əgər bu baş verərsə, yəni Altıağac Milli Parkı boşaldılarsa M. Bağırov aldığı pulları geri qaytarmalı olacaq. İnanırıq ki, Xızı rayon prokurorluğunda aparılan araşdırmalar öz bəhrəsini verəcək və Altıağac Milli Parkın ərazisini satan şəxslər məsüliyyətə cəlb ediləcək. Araşdırmalarımız davam edir

Dosye.org

P.S. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mövsüm Bağırov bizlərə ismaric göndərməyi unutmayıb. “Dosye.org mənim üçün milçək kimi bir şeydir. Nə qədər vızıldaıy, vızıldasın...”. Biz öz növbəmizdə bildirmək istəyirik ki, dosye.org informasiya agentliyi hər zaman dövlətin maraqlarını üstün tutub. Sizin kimi şəxsi maraqları güdüb, qanunsuz torpaqları satmayıb. Öz aybınıza kor olun, Mövsüm müəllim. Qanun kimin kim olduğunu sübüt edən günə kimi bir addım geri çəkilən deyilik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam