Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kərəm Həsənovun Cəlilabad VADİSİ: icra başçısının 5 minə "Artezian" alveri, hokum sürən özbaşınalıqlar və bürokratiya- TƏFƏRRÜAT

 

Kərəm Həsənovun Cəlilabad VADİSİ: icra başçısının 5 minə "Artezian" alveri, hokum sürən özbaşınalıqlar və bürokratiya - TƏFƏRRÜAT
Bir neçə gündür sosial şəbəkələrdə yer alan Cəlilabad Subartezian Quyularının istisimarı idarəsində, rayon icra hakimiyyəti tərəfindən yaradılmış promlemlərlə bağlı müzakirələr getdikcə genişlənir. Sosial şəbəkələrdə yayılan məlumatlara istinadən bildirir ki, Cəlilabad Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyətinə yaradılmış problem rayon camaatı tərəfindən ciddi narazılıqlara səbəb olub. Əhali adıçəkilən idarənin müdafiəsinə yox, qazılmış və qazılması nəzərdə tutulan Artezian quyularının qazılmasına yaradılmış rüşvət mexanizminə etiraza başlayıb.

Yenixeber.org: Belə ki, yayılan məlumatlarda “5 min manat rüşvət ver Artezian quyusuna sahib ol” deyən narazı insanlar prezidentdən kömək istəyirlər.Bundan başqa, sosial şəbəkələrdə yayılan məlumatlarda, yeni təyin olunmuş icra başçısı ilə bağlı yer almış çoxsaylı nöqsanlardan da şikayətlər geniş yer alır.
Kərəm Həsənovun Cəlilabad VADİSİ: icra başçısının 5 minə "Artezian" alveri, hokum sürən özbaşınalıqlar və bürokratiya - TƏFƏRRÜAT
Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi baxımından vacib məsələlərdən biri də meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi üçün məhz suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldilməsi yolunda nəzərdə tutulmuş dövlət proqramına daxil olan işlərdən biri də əyalətlərdə Artezian quyularının vurulmasıdır. Bu baxımdan da digər rayonlar kimi Cəlilabad rayonunda da iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil etməsi səbəbindən, bu sahədə məhsuldarlığın daim yüksəldilməsi üçün artezian quyuları xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də Cəlilabad rayonunun kənd və qəsəbələrində Artezian quyularının vurulması işi həyata keçirilməsi başladılsada yerli məmurların bu prosesi rüşvət mexanizminə çevirdiyi yayılan məlumatlarda geniş yer alır. Bir qrup rayon ziyalılarının icra başçısından narazılığı, onun özündən razı olması və prezidentə yox Kərəm Həsənova tabe olduğunu deməsidir. Digər tərəfdən rayonda yığılıb qalan problemlərin həlli üçün aparılan kadır islahatlarıda Həsənovların ailə podratı olaraq kəsərsiz qalıb yazan ziyalılar rayonda və kəndlərdə toyuq damı tikmək istəyənlər K. Həsənovun “güc”lərindən icazənamə almalıdr.

Daha sonra yayılan məlumatlarda oda bildirilir ki, icra başçısı rayona təyin olunan gündən qəbullar azaldırılıb. özbaşınalıqlar və bürokratiya höküm sürməyə başlayıb. Aylarladı ki, Artezian quyusu qazdırmaq istəyənlər, icra başçısının qəbulunda olmaq istəsələrdə arzuları içlərində qalıb. Quyuların qazılmasına rəhbərlik edən Faiq adlı şəxsin və icra başçısının müavini Arzu müəllimin şikayətçi olanlara pıçıldamasıdır ki, “icra başçısının xüsusi göstərişi var. Kim təsərrüfatı üçün quyu qazdırmaq istəyirsə 5 min manat verməlidir. Əks halda istəyiniz olmayacaq...”

Onuda qeyd edək ki, əgər bu maxinasiya bir tərəfdən dövlət vəsaitlərinin mənimsənilməsinə yol açırsa, digər tərəfdən də cəlilabadlıları iqtidardan uzaq salaraq , növbəti narazılıqlar dalğası yaradıla biləcəyinə zəmin hazırlayır... (Azerinews.az)
Mövzuya qayıdacağıq


Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam