Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

ŞƏHİD AİLƏLƏRİNİN TƏMƏNNALI TƏƏSSÜBKEŞİ –Almaz Zeynalova həbs oluna bilər

  

Yenixeber.org: “Şəhid Ailələrinə Dəstək Sosial” İctimai Birliyinin sədri Almaz Zeynalovanın şəhid ailələrinə hüquqi yardım xidməti adı ilə, həmin xidmətin haqqı olaraq onlara dövlətdən “qan pulu” almalarına köməklik edəcəyi vədi ilə pul qoparmasına dair saytımızda yazı gedəndən sonra redaksiyamıza ondan zaval görən şəxslər tərəfindən yeni-yeni səhih məlumatlar daxil olmuşdur. Yeri gəlmişkən, A.Zeynalovanın dələduzluq motivli əməllər törətməsi tənqidi məqaləmizə hələlik qeyri-rəsmi münasibət bildirən rəsmi şəxslər tərəfindən də təsdiqlənmişdir. Xatırladaq ki, Zeynalova haqqında qələmə aldıqlarımızın kökündə heç bir qərəz durmur və təqdim etdiyimiz məlumatlar konkret mənbələrin verdikləri konkret faktlara söykənən məlumatlar əsasında hazırlanmışdı. Yada salaq ki, Birliyin sədri barədə huquq – mühafizə orqanlarına da yetərincə şikayətlər edilib. O da bildirilir ki, hətta həmin şikayətlərin biri məhkəmə müstəvisinə gedib çıxsa da, Binəqədi rayon məhkəməsi nədənsə həmin şikayəti baxılmamış saxlayıb. Lakin hələlik A.Zeynalovanın itirdiyi o olub ki, sədrlik etdiyi ictimai birlik dörd ilə yaxındır mənfi reputasiyası ilə əlaqəli qeyri-hökumət təşkilatı kimi qrant ala bilmir.

A.Zeynalovanın haram qazancı ilə böyüyən övladlarından kiçik oğlunun İB-nin adından istifadə edərək vətəndaşları aldatması, pul borcu ilə bağlı başının qalmaqallara düşməsi, hətta hərbçi karyerasının sual altında qalmasından da yazmışdıq. İndi öyrənmişik ki, “şəhid ailələrinin təəssübkeş anası”nın böyük oğlu Elvin də bəyənilən həyat tərzi keçirmir. Aldığımız məlumata görə, Elvinin adı dəfələrlə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “qara dəftəri”nə, yolu isə təcridxanaya, həbsxanaya düşüb. Məlumatda o da qeyd olunur ki, qrant ala bilmədiyinə görə, incik düşən A.Zeynalova həmkar kimi hörmət saxlamalı olduğu digər QHT rəhbərləri barədə KİV-ə kompromat xarakterli məlumatlar ötürür.

Ümid edirik ki, hüquq-mühafizə orqanları şəhid ailələrinin “qan pulu” ümidləri ilə ehtikarlıq edən bu adamın fəaliyyətini, barəsində olan şikayətləri ciddi araşdıracaq, cəmiyyətimizin həssas kateqoriyasının hissləri ilə oynayan, rifahına mənfi təsir edən əməllərinə gərəkən hüquqi qiyməti verəcəklər.(realmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam