Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Şəhid ailəsini təhqir edən məmur döyüldü –Azərbaycanda

 

“Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir


Yenixeber.org:  Filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir. İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən kəndində taxıl biçini aparan kombaynın işini yarımçıq saxlayıb. O, ağır texnikanı idarə edən şəxsə Tanrıqullar kəndində olan dostunun sahəsində iş görməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar.
Sədaqət Ağayevin isə onların narazılığına məhəl qoymadığı bildirilir. Məlumata görə, filial sədri deyib ki, kombayn 10 gün belə istifadəsiz qalar, amma Səmədabad kəndində taxıl biçini işləri aparılmasına icazə verilməyəcək.
Daha sonra kənd sakinləri ondan şəhid ailəsi olan Sənəm Əliyevanın sahəsinin biçilməsini xahiş ediblər. Lakin S.Ağayev onlara sərt cavab verərək S.Əliyevanı təhqir edib. Hətta onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü deyilir. Bu söyüşdən qəzəblənən sakinlər filial sədrini döyüblər.
“Aqrolizinq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilidi ki, hadisə araşdırılır:
“Bölgələrdən daxil olan müraciətlər əsasında şikayətlərə baxılır. Lakin Səmədabad kəndindən heç bir müraciət olunmadan belə hadisə baş verib. Qurum şəhid ailələrinin işinə daha tez baxır. Hadisənin nə səbəbdən və necə baş verdiyi araşdırılır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam