Yenixeber.org: Qubanın dağ kəndində yerləşən orta məktəb digərlərindən öz acınacaqlı vəziyyətiylə fərqlənir. Məktəbin həm xarici görünüşündə, həm də daxilində olan çatışmazlıqlar orada təhsil alan uşaqların hansı vəziyyətdə oxuduğunu ortaya qoyur.

Məktəbdə oxuyan şagirdlərdən birinin valideyninin redaksiyamıza etdiyi şikayət məktubunda acınacaqlı vəziyyətindən bəhs olunub. Valideyn bidirir ki, orta məktəbin istilik sitemi heç də qənaətbəxş vəziyyətdə deyil. Bu səbəbdən qış aylarında şagirdlərin təhsil almasında problemlər yaşanır.

Vəziyyətin digər acınacaqlı tərəfi odur ki, Çiçi raoyonunda yerləşən orta məktəb Qarabağ döyüşləri zamanı şəhid olmuş Dəyanət İsmayılovun adını daşıyır. Şəhidin adını daşıyan məktəbin bu halda olması çox utandırıcı və üzqaraldıcı haldır.

Bundan başqa Çiçi kəndində şəhid Dəyanət İsmayılov adına kənd tam orta məktəbdə 26 iyun – Azərbaycanın Milli Ordusunun Yaranması Günü ərəfəsində “Ordumuz qürurumuzdur” adlı tədbir keçirilib. Tətbir zamanı çəkilən fotolardan da, aydın olur ki, həmin məktəb təhsil üçün yararsız haldadır. Lakin şəhid Dəyanət İsmayılov adına olan tam orta məktəb istifadəyə yararsız olduğu halda hələ də fəaliyyətdədir. Dağlıq ərazidə yerləşən məktəbdə qış mövsümündə istilik problemləri olub. Bu səbəbdən həmin orta təhsil müəssisəsində ciddi şəkildə təmir işləri aparılmalıdır.

Qeyd edək ki, Çiçi kəndi müharibədə üç şəhid verib – Dəyanət İsmayllov, Hikmət Məmmədov və İdris Baxışov. Şəhid Dəyanət İsmayılovun adı verilmiş məktəbin bu halda olması Quba Rayonunda həmin şəhidin əziz xatirəsinə verilən qiymətin hansı səviyyədə olmasından xəbər verir.