Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

İsrail əhalinin kütləvi silahlandırılması yolunu tutub! –Yeni qanun qüvvəyə minir

110420161546258061414_2

Xarici KİV-lərin verdiyi xəbərə görə, İsrailin daxili təhlükəsizlik naziri Hilad Erdanın yeni imzaladığı sənədlə silah saxlamaq üçün lisenziyanın verilməsi haqqında təlimata dəyişiklik edilib. Bu barədə Daxili Təlükəsizlik Nazirliyinin (DTN) yaydığı xəbərdə söhbət açılır.

Yenixeber.org: Yeni qaydalara uyğun olaraq, zabit və serjant tərkibli hərbi qulluqçular müddətli hərbi xidməti başa vurduqdan sonra, nəinki silah gəzdirmək haqqında lisenzini, hətta silahın özünü belə təhvil verməyə bilərlər. Onlar ehtiyatda olduqları müddətdə tabel silahını özlərində saxlaya bilərlər.

Bildirilir ki, bu tədbir İsrail cəmiyyətində ictimai təhlükəsizlik səviyyəsinin yüksəlməsinə gətirib çıxartmalıdır.

Nazirliyin məlumatına görə, hazırda təxminən 145 min israilli silaha malikdir. Bu zaman vəzifə borcu ilə bağlı silah gəzdirənlər nəzərə alınmır. Yeni qayda, nazirliyin proqnozuna görə, silah gəzdirmək hüququna malik olan mülki şəxslərin sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Nəzərə alsaq ki, İsraildə ucdantutma səfərbərlikdir, söhbətin müddətli hərbi xidməti başa vurmuş yüz minlərlə insandan getdiyi və elə həmin yüz minlərin tapança gəzdirəcəyi məlum olar. Buna əlavə olaraq, bildirilir ki, silah gəzdirməyə lisenziya almaq üçün polisin volontyorları, xilasetmə xidməti əməkdaşları və ictimai nəqliyyat sürücüləri də müraciət edə bilərlər.

Bütün bunlar, İsraildə əhalinin kütləvi silahlandırılmasından başqa bir şey deyil və mahiyyət etibarilə, total faşizmə aparan siyasətdir…(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam