Yeni nazir Sahil Babayev nə qədər ki, «daş altında yatan gürzələri» qovmayıb…
Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər dəyişsə də, yeni nazir Sahil Babayevin start verdiyi kadr dəyişiklikləri nədənsə «daş altında yatan gürzələri» qovacaq qədər dərinə getmədi. Sabiq nazir Səlim Müslümovun idarəçiliyi dönəmində ƏƏSMN aparatında və Nazirliyin yerlərdəki struktur vahidlərində yuva salmış korrupsioner, intriqant kadrlar hələ də qalmaqda, aparılan mütərəqqi islahatlara kölgə salmaqdadırlar. Olsa-olsa, onlar daxili yerdəyişməyə məruz qalıblar ki, bu da qaneedici deyil. Sistemdən yerli-dibli kənarlaşdırılması gərəkən triodan söhbət açacağıq. 1. Vüqar Şəfa oğlu Behbudov — Səlim Müslümovun hakimiyyəti dönəmindən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri vəzifəsində işləyir. Özü də necə? 2. Anar — Bakının Zabrat qəsəbəsindəki Əlillər üçün sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksinin direktoru. DSMF-da adi işçi olub. Deyilənə görə profil üzrə ixtisas təhsili də yoxdur. Kompleksə direktor göndərilməsində keçmiş korrupsiya ortağı Vüqar Behbudovun rolu olub. 3. Adət — Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin direktoru. Nazir dəyişəndən sonra həmin vəzifədə evində 120 pensiya kartı tapılmış Rəhnumə Cəfərovanı əvəzləyib. Onun da təyinatında Vüqar Behbudovun xidməti olub. Adət bəy əvvəllər bu tip müəssisələri təftiş edən inspektorlardan biri olub. Həmin müəssisələrdə baş alıb gedən korrupsiya hüquqpozmalarından müfəssəl xəbəri var. Göz yummasının müqabilində təmənna umub, aldığını da Vüqar Behbudovla bölüb. Etibarlı mənbə bildirir ki, Adətin vaxtilə vermiş olduğu dəyərli informasiyalardan indinin özündə də Vüqar Behbudov müəssisə rəhbərlərinə qarşı kompromat kimi istifadə edir. Məlumata görə, Vüqarın təhdidinə məruz qalan müəssisə rəhbərlərinin sırasında ilk yerlərdə 2 saylı psixonevroloji sosial xidmət müəssisəsinın direktoru Rəcəb Muxtarov, 3 saylı psixonevroloji sosial xidmət müəssisəsinın direktoru Gülayət Məmmədova, Gəncə şəhər pensiyaçıların ərazi sosial xidmət mərkəzinın direktoru Nuriyyə Məhərrəmova, Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin direktoru Rüxsarə Axundova , İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinın direktoru Balabəyova Nəzakət, Sumqayıt Paralimpiya İdman Kompleksinın direktoru Yaşar Hacıyev.
Ən yaxın»dostları» və haqqını vaxtında çatdıran müəssisələrin direktorları isə bunlardır.
1 saylı sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinın direktoru Rəhilə Həsrətova, Saray qəsəbəsindəki 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Pərvanə Səfərova, Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədova, 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət müəssisəsinin direktoru Sevinc Məlikova qərar tuturlar.
Adları çəkilən müəssisə rəhbərləri onlardan mütəmadi umulan təmənnanı vaxtaşırı çatdırmayanda Vüqar Behbudov kompromatları hissə-hissə kütləvi informasiya vasitələrinə ötürür. Silsilə xarakterli tənqidi məqalələrin sayı və şiddəti artdıqca direktorlar ram olmağa başlayırlar. Əldə etdiyimiz daha ilginc informasiya budur ki, Adəti 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinə göndərən Vüqar Behbudov onun yerinə o vaxtadək nazirlikdə sıravi işçi kimi tanınan Tamara adlı xanımı təyin etdirib. Bu cütlüyün münasibətləri həmişə nazirlik aparatında diqqətləri çəkib və dedi-qodu mövzusu olub. Qulağı iti olanlar indi də diqqət kəsilsələr, dəhlizlərdə «Adət getdi, yerinə Vüqarın kadrı gəldi» kimi replikaları eşidə bilərlər.
Yuxarıda adları çəkilən şəxslərin də mövqeyini öyrənməyə çalışsaq da, heç biri suallarımız aydınlıq gətirmək istəmədi. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Mövzuya qayıdacağıq.
Deryaz.az