Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SƏLİM MÜSLÜMOVUN SAXTA DIPLOMLU, ƏVƏZOLUNMAZ KADRI-Nəsibova Günel Rasim qızı


SƏLİM MÜSLÜMOVUN SAXTA DIPLOMLU KADRI HANSI XÜSUSİYYƏTİNƏ GÖRƏ ƏVƏZOLUNMAZDIR

Sabiq nazir Səlim Müslümovun sədaqətli kadrlarından biri də Nəsibova Günel Rasim qızıdır. 


Yenixeber.org: Məlumata görə Müslümov hələ Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik etdiyi zaman Nəsibova onun "sağ əli"(Daxili Nəzarət şöbəsinin müavini), yəni pulyığanı olub. DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdiriləndə də onu yanına aparıb, Nazirliyin Daxili Nəzarət Şöbəsində sektor müdiri vəzifəsinə təyin edib. Nəsibova DSMF-də və ƏƏSMN-də işləyərkən saatlarla Əjdər Cəbiyevin kabinetini tərk etməyən şəxs olub. İnformatorumuz həmçinin qeyd edir ki, özünün diplomu saxta olan Nəsibova yüzlərlə müştəriyə saxta əlillik, pensiya, ünvanlı yardım təyin olunmasını təşkil edib. Təəssüf ki, bu gün də şöbə müdiri vəzifəsini icra edən və təyin olunmasında israrlı olan Nəsibova özünü az qala hamıya Nazirlikdə yeni təyin olunmuş aparat rəhbərinin adamı kimi təqdim edir. O da bildirilir ki, Günel xanım sistem daxilində, yəni Nazirliyin struktur vahidləri olan yerli idarələrin (DSMF, TSEK və s.) rəhbərləri sırasından nöqsan və səhlənkarlığa yol verənləri, barəsində vətəndaşlardan şikayətlər daxil olan vəzifəli şəxslərlə "Məşədi İbad" oyunu oynayır, yol verdikləri qanunsuzluqları "ört - basdır" edəcəyini vəd edərək əvvəlki ənənələrini davam edir. İnanmaq istəyirik ki, təzə nazir cənab Sahil Babayev başladığı kadr islahatını uğurla davam etdirəcək və rəhbərlik etdiyi hökumət strukturunu G.Nəsibova kimi "adamlı adamlardan" təmizləyəcək.(mediatv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam