Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gəncədə Elmi-Tədqiqat İnstitunun direktoru pambıqla “baş kəsir” -İTTİHAM



Gəncədə Elmi-Tədqiqat İnstitunun direktoru pambıqla “baş kəsir”
Yenixeber.org: Bu il martın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə, Bərdənin Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsi keçirilir. Ölkə rəhbəri müşavirədə pambıqçılığın gələcək inkişafı ilə bağlı çıxış edərək, 2016-cı ildən respublikamızda bu sahəyə ciddi dövlət dəstəyi göstərilməsi səbəbindən sürətlə inkişaf etdiyini, yəni qeyri-neft sektoru hesab olunan bu sahənin bərpa olunduğunu bəyan edir. Məlumat üçün onu da bildirək ki, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı 2016-cı ildə Sabirabad şəhərində, ötən ilin mart ayının sonuda isə Saatlı şəhərində ümumrespublika müşavirələri keçirilmişdir. Ölkə rəhbəri çıxışı zamanı texniki bitkilərin diqqətdən kənarda qaldığnı da vurğulayır. Hətta o, statistik göstəricilərə baxmaq kifayət edər ki, 2015-ci ilin pambıqçılıq tarixində ən acınacaqlı il olduğunu, yəni həmin il cəmi 18 min hektar sahədə pambıq əkildiyini və 35 min ton pambıq tədarük edildiyini də dilə gətirir.
Prezident İlham Əliyev çıxışı zamanı pambıqçılığın 1970-ci və 1980-ci illərdəki inkişafından, 1990-cı ildən 2015-ci ilin sonlarına qədər qeyri-neft sektoru hesab olunan bu sahənin diqqətdən kənarda qalmasından, amma 2016-cı ildən başlayaraq bu sahənin inkişaf etdirilməsindən də bəhs edir. Möhtərəm Prezident etdiyi çıxışında məhsuldarlıqla bağlı bəzi problemlərin varlığını və bu problemlərin qısa zaman kəsiyində aradan qaldırılmalı olduğunu da vurğulayır. O, bu sahənin daha da inkişaf etdirilməsi üçün, lazımi təcrübənin öyrənilməsindən və onun həyatda geniş tətbiq olunmasından da bəhs edir. “Mənfi təcrübə də ciddi təhlil olunmalı və gələcəkdə başqa bir səhvə yol verməmək üçün, vaxtında lazımi tədbirlər görülməlidir” deyir. Hətta, ölkə rəhbəri çıxışı zamanı ötən il orta məhsuldarlıq göstəricisinin 15,2 sentner olduğunu, 200 min tondan çox pambıq tədarük edildiyini, amma məhsuldarlığın qənaətbəxş olmadığını və bundan sonra əldə olunacaq pambığın ən azından 270 min tona çatdırılmasının vacibliyini də dilə gətirir.
Daha sonra prezident İlham Əliyev təqdim olunan cədvələ uyğun məsuldarlığın Tərtərdə 27 sentner, Bərdədə 26,3 sentner, Biləsuvarda 21,8 sentner, Ağcabədidə 21,5 sentner, Ağdamda 20,6 sentner və s. olduğunu açıqlayır. Acınacaqlı halın isə təkcə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda, Kənd Təsərrüfatı Nazırliyində deyil, Zaqafqaziyada kənd təsərrüfatı üzrə yeganə təhsil oçağı olan ADAU ilə eyni ərazidə yerləşən Samux rayonunda, məhz məhsuldarlığın olduqca aşağı səviyyədə, yəni 8,8 sentner olması faktını hər kəsin diqqətinə çatdırır.
Prezident belə bir açıqlamalarını dilə gətirməklə və konkrent Samux rayonunun adını hallandırmaqla onu bildirmək istəyir ki, bu iradlardan hər kəs həm lazımi nəticə çıxarmalıdır, həm də işlərini qaydaya salmaq üçün gələcəkdə əməli addımlarını atmalıdır.
Ölkə rəhbəri etdiyi çıxışı zamanı qeyri-neft sektorunun əsas sahələrindən biri olan "ağ qızıl" ın məhsuldarlığının artırılması üçün, hər bir işin düzgün qurulmasının vacibliyini bildirir və o, onu da qeyd edir ki, “90-çı illərdən inkişaf etdirilməyən bu sahə, artıq üçüncü ildir ki, inkişaf etdirilməyə başlanılıb”. Cənab Prezident Bərdə rayonundakı çıxışında məhsuldarlığın az olmasının əsas səbəblərindən birinin də, məhz kadr çatışmazlığı olduğunu bildirir. Bu gün ölkədə məhsuldarlığı artırmaq və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün, ilkə əvvəl bütün işlər peşəkarlara həvalə olunmalıdır. Buna baxmayaraq, hazırda Zaqafqaziyada aqrar sahə üzrə yeganə mütəxəssis yetişdirən və Kənd Təsərrüfatı Nazırliyinə tabe olan ADAU-da pambıqçılıqla bağlı hər hansı kafedranın olmaması səbəbindən, indiyə kimi bu sahəyə lazımi diqqət göstərilməyib.
Bütün bunlar da onu söyləməyə əsas verir ki, ölkə rəhbərinin ötən il Saatlı və Bərdə rayonlarında etdiyi çıxışlar, verdiyi tapşırıqlar hələ də, Kənd Təsərrüfatı Nazirliyində bir çox vəzifə sahiblərini “qəflət yuxusu”ndan ayılda bilməyib. Bu gün İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyində həyata keçirdiyi kadr islahatlarının varlığına baxmayaraq, "kadr yerləşdirilməsi" məsələləri ilə məşğul olan Seyfəddin Talıbov, yenə də peşəkar kadrlar üçün "qırmızı işıq" yandırmaqda davam edir. Hazırda kadr məsələrinə olduqca önəm verən cənab Prezidentin tapşırıqlarına əməl etməyən məmurlar, eyni zamanda Azərbaycan gələcəyinə qarşı çıxmış olur. Prezident İlham Əliyev bölgələrdə olarkən, onun toxunduğu əsas məsələrdən biri kadr məsələləri olub. Bəzi məmurlar tərəfindən kadr məsələlərinə biganə yanaşma təkcə bu günün deyil, eyni zamanda dünənin də ən böyük problemlərindəndir.
Ötən il pambıqçılıq sahəsində yüksək məhsuldarlığın əldə olunmamasına xaricdən gətirilən və yerli şəraitə adaptasiya olunmayan toxumların varlığından əlavə, suvarma sistemləri sahəsində olan problemlərin varlığı da əsas səbəb olur. Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığı əsasında kadr məsələləri ilə "məşğul olan" nazir müavini Seyfəddin Talıbovun sayəsində, bu gün də kənd təsərrüfatının ayrı-ayrı sahələrində qeyri-peşəkarların yer almaqdadır ki, bu da lazımi naliyyətlərin əldə olunmasına imkan vermir. Hələ ötən ilin 10 noyabr günü Prezident İlham Əliyev Gəncəyə etdiyi səfərdən bir neçə gün öncə, Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstituna direktor təyin olunan Azad İbrahimovun qəfləti gəlişi, regionda və Nazirlikdə kadr siyasətinin hansı səpkidə irəliləməsindən xəbər verdi.
Mərhum akademik Siddiqə Məmmədovadan fərqli olaraq adı elmə yad olan və neçə illər bundan əvvəl ADAU-da təsərrüfat işləri üzrə prorektor (zavxoz) vəzifəsini daşıyan, söylənilənlərə görə elmi işini SSRİ-nin pambıqçı alimləri sırasında tanınan alim Viktor Semenyoviç Zaysevə yazdıran Azad Qəmbər oğlu İbrahimovun adı elm sahəsində deyil, hələ ADAU-da çalışdığı zaman kənd təsərrüfatı sahəsində aparılacaq tədqiqat işlərinə ayrılan təqribən 2000 ha torpaq sahələrinin satılmasında və bir çıx maxinasiyalarda hallanıb, bu gün də hallanmaqdadır.
Bir başqa məlumatda o da bildirilir ki, Elmi-Tədqiqat İnstitunun indiki direktoruna qarşı, bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı professor Mirdamət Sadıqov hələ 2009-cu ildə ADAU-nun rektoru olan zaman, bu şəxsə qarşı cinayət işi açdırmaq üçün əlində kifayət qədər dəlil-sübut olsa da, sonradan sabiq rektor onu universitetdən uzaqlaşdırmaqla işini bitmiş hesab edir. "2014-cü ildə isə o, ADAU-nun bugünkü rektoru İbrahim Cəfərovun sayəsində bu təhsil ocağına qayıdır və bir çox titullara, o cümlədən "Əməkdar müəllim" fəxri adına və kafedra müdiri vəzifəsinə qədər yüksələ bilir.
Bir çox dəyərli elm adamlarının yiyələnə bilmədiyi titulların Azad İbrahimova verilməsini, məhz bu gün Gəncəbasarda bilməyən ziyalı yoxdu. O, bir elm xadimi deyil, sanki bir işbaz olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstituna qısa zaman kəsiyində director təyin olunması bu sahədə dönüş yaratmaq əvəzinə, kənd təsərrüfatı sahəsində tanınan 12 nəfərə yaxın mütəxəssisin işdən uzaqlaşdırılması ilə nəticələndi.
Artıq bir müddətdir ki, Azad İbrahimov havadarlarına arxalanaraq rəhbərlik etdiyi təhsil müəssisəsində Prezidentin vermiş olduğu tapşırıqlarına əməl etmək əvəzinə, kifayət qədər “ranqlı” mütəxəssisləri işlərindən uzaqlaşdırmaqla məşğul olur. Görkəmli akademik mərhum Validə Tutayukun aspirantı, biologiya elmləri üzrə fəlsəfə doktoru, ixtisası sırf pambıqçılıq sahəsi olan, yüksək məhsuldarlığı ilə fərqlənən Az.NİXİ-10 və Az.NİXİ-105 pambıq sortlarının müəllifi Leyla Məmmədovanın işindən uzaqlaşdırılması kimə nəyə görə lazım idi? Hələ SSRİ-nin dönəmində elm sahəsinin keşməkeşli yollarında çalışan fədailərə qarşı hər zaman qısqanclıq olub, amma bu gün ölkə rəhbərinin qeyri-neft sektorunun inkişafına yönəlik diqqət və qayğısına qarşı çıxan məmura, onun havadarlarına qarşı barışmaz mövqe tutana qarşı mübarizə aparmaq, təmiz vicdanlı bir azərbaycanlının üzərinə düşür.
Son iki il ərzində kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə, dövlət tərəfindən 300 milyon manatdan çox vəsait ayrılmasına baxmayaraq, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru Azad İbrahimov isə, pambıqçılığın məhsuldarlığını artıqmaq üçün yeni pambıq sortları yetişdirmək əvəzinə, o, alimləri “əgər yeni yerli pambıq sortu yetişdirərsinizsə, o halda sizi aradan götürərlər” deyir. Belə olan halda işçilər də, digər sahələrdə işləməyə həvəs göstərirlər. Hələ bunlar harasıdır? Azad İbrahimovun adı Gəncənin çıxışında, daha dəqiq desək Goranboy rayonu ərazilərinə təcrübə adı ilə işləməyə aparılan ADAU tələbələri ilə bağlı qalmaqallarda da hallanır.
Cənab İlham Əliyev Bərdədə olarkən builki məhsuldarlıqdan, pambığın dekabr ayının sonuna qədər əkin sahələrində qalmasından, pambıq qozalarının soyuq havaların düşməsi səbəbindən açmadığından da bəhs edir. O, həmçinin “fermerlərə daha keyfiyyətli toxumlar verilməlidir” deyərək, yeni yerli toxum növləri yetişdirilməlisinin vacibliyindən də danışır. Amma, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru Azad İbrahimov isə, alimlərə “yerli sortlar yetişdirmək haqqında fikirləşməyin, xaricdən ölkəyə pambıq toxumları gətirən monopolistlər sizi yox edər” deməklə, o, alimləri özünəməxsus ərazilərdə, hansı ki, beçərib məhsulunu bazara çıxartdığı pomidor sahələrində, şam ağacı tingləri olan sahələrdə, Kənd Təsərrüfatı Nazirliyinin hesabına saldığı badam bağlarında "muzdur" kimi işlətməkdədir.
Bu gün direktorun təkidi ilə günəbaxanla bağlı "tədqiqat işləri aparan" elmi tədqiqat institunun elmi işçisi İsmayıl Nəbiyev, direktora məxsus günəbaxan tarlalarında işə çıxaraq onun fermer təsərrüfatına baxmaqla məşğul olur. Təhqir və tənqiddən uzaq olmaq üçün, eyni zamanda çalışdığı işini hər an itirəcəyindən ehtiyat edən elmi işçi, bu gün sanki elmdən uzaqlaşıb və “muzdur”a çevrilir. Adı çəkilən bu institututa direktor tərəfindən yeni təyin olunan müavin Elçin Xəlilovun bitkiçilik üzrə mütəxəssis olması və bu şəxsin pambıqçılıqdan elementar anlayışının olmanmaması haqda hər kəs məlumatlı olsa da, belə bir təyinatdan Kənd Təsərrüfatı Nazirliyinin heç cür xəbəri yoxdur. Azad İbrahimovun elmi-tədqiqat instituna rəhbərlik etdiyi qısa zaman kəsiyində pambıqçılıq üzrə əvəzolunmaz mütəxəssis olan bir elmlər doktorunun və aqrar sahə üzrə beş fəlsəfə doktorunun daşıdıqları vəzifələrindən uzaqlaşdırılmaları, sanki bu sahədə kadr potensialının dağılmasından xəbər verir. Bu gün ölkədə pambıqçılığın inkişaf etdirilməsi, birbaşa işsizliyin aradan qaldırılmasında böyük rol oynayır. Hələ ötən il 200 minə yaxın insan pambıqçılıq sahələrində işlərinə cəlb olunmuşdular. Ən azndan bu il də bu qədər insan bu işlərə cəlb edilə bilər ki, bu da ölkədə işsizliyin aradan qaldırılmasında yenə də mühüm rol oynayar. Hal-hazırda qeyri-neft sektoru hesab olunan pambıqçılıq sahəsinin inkişaf etdirilməsi, pambıq emalı zavodlarının, fabriklərin yenidən işə salınması və s. sakinlərin social-rifah halının yaxşılaşdırılması ilə nəticələnməkdədir.
Ümumiyyətlə, pambıqçılığın inkişaf etdirilməsi ölkəmizə böyük xeyir-bərəkət gətirməkdədir. Buna baxmayaraq, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru Azad İbrahimov isə, yüksək məhsuldarlıq əldə etmək üçün bu gün də mövcud problemləri aradan qaldırmır. O, Goranboy rayonu ərazilərində pomidor şitili yetişdirmək üçün özünəməxsus sahələr yaradır, şam ağacları tingləri yetişdirir, sabiq nazir Heydər Əsədovun, Nazirlikdə müavin “post”unu daşıyan Seyfəddin Talıbovun köməyi hesabına, bəzi işçiləri özünə saldırdığı badam bağlarında, günəbaxan tarlalarında, meyvə-tərəvəz bostanlarında işlətməsi, onlara toxa vurdurması və s. birbaşa ölkə rəhbərinin vermiş olduğu tapşırıqların əleyhinə getmək deməkdir. Bu cür addımlarını atmaqla, əslində adı çəkilən vəzifə sahibinin özünə var-dövlət qazanmaqla məşğul olması hər kəsə bəyan olur.
Ötən il olduğu kimi, bu il də bütün aidiyyəti qurumlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, tədarükçü şirkətlər, fermerlər, bütün zəhmətkeşlər komanda şəklində fəaliyyət göstərdiyi bir zamanda, deyəsən elmi-tədqiqat institutu hələ də “qəflət yuxusu”ndan ayıla bilmir. Görəsən baş verən bu cür hoqqalardan yeni kənd təsərrüfatı naziri cənab İnam Kərimovun xəbəri varmı? Əgər yoxdursa, o halda bir media nümayəndəsi olaraq cənab Nazirin işlərinə dəstək olmaq məqsədilə, yerlərdə baş verənləri onun diqqətinə çatdırmağı özüm üçün borc bildim. İnanıram ki, İnam Kərimov ölkə rəhbəri cənab İlham Əliyevin etimadını, etibarını, ən əsası isə inamını doğrultmaq üçün mavafiq addımlarını atıb, yaxın vaxtlarda “yek qərar”ını da bəyan edəcək. Mövzu diqqətimizdədir. \\gundemxeber.az\\ 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam