Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

''Yeni sədr Aydıq Əliyevin atasının ruhuna rəhmət oxutdurur''- Karqoda qiymətlər kəskin qalxdı

 Yenixeber.org: Son günlər gömrük generallarının ''vurulması'', məmur-monopolistlərin işdən çıxarılması iş adamlarına böyük ümidlər yaratmışdı. Gömrük sistemindəki təmizləmələdən sonra biznesmənlər düşünürdü ki, onlar üçün hər hansı əngəl yaradılmayacaq, ölkəyə gətirdikləri mallar üçün əlavə ödənişlər tələb olunmayacaq.
Sahibkarlar deyir ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev artıq köhnə sədr Aydnın Əliyevin atasının ruhuna rəhmət oxutdurur. Azərbaycana Çindən gətirilən malları karqo qoyməti kəskin qalxıb. Malın hər kubmetri üçün karqoya 350 dollar ödənilirdi, hazırda həmin məbləğ 518 dollara yüksəldilib. 

Avtomobil ehtiyat hissələrinin biznesi ilə məşğul olan sahibkar deyir ki, Çindən 100 min dollarlıq mal gətirib. Karqoda ödənişin heç bir səbəb olmadan qaldırılması nəticəsində 10 min dollardan artıq ziyana düşüb.  
''Karqonun hazırkı sahibi köhnə rəhbərliyin vaxtında işləyən şəxsdir. Hələ yeni rəhbərin adamı gələndə isə vəziyyət daha acınacaqlı olacaq. Ölkəyə daxil olan malın hər kubuna ödəniləcək məbləğin artırlması süni infilyasiya yaradır. 17 manata başa gələn bir ədəd detal yeni qiymətlə 21 manata qədər yüksəlir. Nəticədə əhaliyə mal baha qiymətə satılır. Karqo qiymətləri demək olar ki, bütün mallara şamildir''-deyə sahibkar gileylənir.  

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən həmişəki kimi məlumat alamaq mümkün olmadı. Kaqro şirkətləri ilə də əlaqə saxlayıb qiymət artımının səbəbini öyrənmək cəhdi baş tutumadı. 
Yada salaq ki, bu il aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu "dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Hazırda isə istintaqda yalnız Fikrət Qədiməliyevin adı əsas fiqurant kimi çəkilir. Məlum əməliyyatdan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülsə də, o da yaxasını istintaqdan kənar tuta bilib. 
Göründüyü kimi, məmur-monopolistlərin vəzifədən uzaqlaşdırılması ilə monapoliyanın çökdürülülməsini anlamına gəlmir. Qısaca demək olar ki, sadəcə monopoliyanın bir qanadı zəiflədilib. 

Xatırladaq ki, hazırda DTX-da davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehtiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.  
Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Buna qədər isə DGK rəhbərliyi onu və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədovu, başqa bir neçə yüksək vəzifəlini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb. Rəsmi məlumatdan da məlum olduğu kimi, "dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. 

İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər. Edit

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam