Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Karqo Şamil”in obyektlərində əməliyyat :saxlananlar var

 

Yenixeber.org: Gömrükdə əsas monopolistlərdən biri olan Şamil Heydərovun “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki karqo daşımalarına əl qoyulub.

Bu barədə fevralın 17-də sosial şəbəkələrdə məlumat yayılıb. Hər iki bazardan Ş.Heydərovun adamları aparılıb.

Onların hansı dövlət strukturu tərəfindən saxlanması haqda yazılmayıb. Şərhlərdə deyilir ki, buna səbəb karqoda qiymətlərin qaldırılması olub. Ona görə də Heydərovun obyektlərinə basqın edilib.

2013-cü ildə “Klassik-2” şirkətinin prezidenti olmuş Ş.Heydərov polisə müraciət edərək “Sədərək” ticarət mərkəzində yerləşən özünə məxsus obyektdən 210 min dollar və 10 min manat oğurlandığını bildirmişdi.

Aylar sonra oğurluqda şübhəli bilinən Astara sakini həbs olunmuşdu. Ş.Heydərovun kimliyinə gəlincə, “Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirir və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr.

Hazırda isə Azərbaycanın gömrük sistemində külli-ixtiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz.Yunis/AzEuroNews.com/ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam