Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

ABŞ-ı daha dərin böhran gözləyir

 

 

ABŞ-da növbəti resessiya 2008-2009-cu illərdəki iqtisadi böhrandan daha uzun və ağır ola bilər

 

Yenixeber.org: Bunu "Bloomberg" agentliyinə ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammers (Lawrence Summers) deyib. 

O,  durğunluğun yaxın bir neçə ildə baş verəcəyini bildirib.

L.Sammers, vergi dərəcələrinin azaldılması fonunda büdcə kəsirinin artmasını böhranın əsas səbəbi kimi önə çəkib. Keçmiş nazir həmçinin deyib ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) resessiya dövründə olduğu kimi, uçot dərəcəsini 5 faiz bəndi azaltmaq imkanı yoxdur: "Çünki, uçot dərəcəsi onsuz da aşağı səviyyədədir". 

Xatırladaq ki, ABŞ-da sonuncu resessiya 2007-ci ilin dekabr ayı ilə 2009-cu ilin iyun ayı arasında baş verib və 18 ay davam edib. Həmin vaxt ABŞ iqtisadiyyatının daralma dövrü 1930-cu ildəki böyük depressiya dövründən sonra ən uzun olub və ölkədə ümumi daxili məhsul 10% azalıb. Bu isə, son 80 ilin ən ağır göstəricisi sayılır.

Hazırda ABŞ iqtisadiyyatı təxminən 9 ilə yaxındır ki, ən uzun fasiləsiz iqtisadi artım dövrünü yaşayır. Rekord göstərici isə 1990-cı illərdə - fasiləsiz 10 il olmaqla qeydə alınıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam