Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cənnət kimi park necə "Cəhənnəm"ə çevrildi?- Naim meydanından FOTOlar

Cənnət kimi park necə "Cəhənnəm"ə çevrildi?

 

 

""Cəhənnəm meydanı"na xoş gəlmisiniz, hansı ki, burada İŞİD-in manyakları onlarla insanı edam edib, homoseksualları binanın başından asıb, düşmənlərin başını nizənin ucuna keçirib, hündür yerə sancıblar"

 

Yenixeber.org: "The Sun" İŞİD terror qruplaşmasının "paytaxt" elan etdiyi Raqqanın kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri tərəfindən azad edilməsindən sonra oradan reportaj hazırlayıb.

Şəkillər ən-Naim meydanında çəkilib. Meydan hazırda xarabalığa dönüb.

2014-cü ildə meydan ələ keçirilməzdən əvvəl buranı "Cənnət meydanı" da adlandırırdılar və Raqqanın ən gözəl meydanlarından biri idi.

Lakin şəhərin İŞİD-çilər tərəfindən işğalından sonra meydandakı saat qülləsindən yüzlərlə insanın cəsədi asılıb.

"İŞİD-in işğalı altındaykən burada hər həftənin cümə günü kimsə edam edilirdi.

"Dondurma mağazaları, çəmənliyi, yelləncəkləri ilə diqqət çəkən cənnət meydanı İŞİD-in işğalından sonra xarabalığa, cəhənnəm meydanına çevrilib.

Onlar əvvəlcə sadəcə Əsəd ordusunun əsgələrini öldürürdülər, amma sonradan kim İŞİD-ə qarşı çıxırdısa onu da edam edirdilər. Hətta uşaqlara da bu anları izlətdirirdilər.

Onlar mənim dostumu gözümün qarşısında edam ediblər (ağlayır ). Bu günə qədər onun nə səhvi olduğunu bilməmişəm və düşünürəm ki, burda öldürülənlərin hamısı da günahsızdır", - deyə Bəşər adlı yerli sakin söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam