Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müəllimlər nazirə şikayət etdi: Direktor və müavini məktəbi əyləncə yerinə çeviriblər

 

248 № li məktəbi öz qanunları ilə idarə edən direktor əvəzi və müavinlərindən Mikayıl Cabbarova məktəbin müəllimlərindən daha bir şikayət ünvanlanıb

 

 
Binəqədi rayon Nizami Nərimanov adına 248 saylı tam orta məktəbindən AzMedia.info saytına-a daxil olan şikayət məktubuna  görə təhsil ocağının direktor əvəzi Xəyyam Fərəcov və müavinləri məktəbi özlərinin özəl obyektlərinə çeviriblər.
Yenixeber.org: 248 saylı orta məktəbdə işləyən, adlarının açıqlanmasını istəməyən bir qrup müəllimin saytımıza göndərdiyi şikayət məktubunu oxucularımıza olduğu kimi təqdim edirik:
"Çox hörmətli cənab nazir!
Ötən həftə ölkə mediasında 248 №-li məktəbin direktor əvəzi Xəyyam Fərəcovun müavini Reyhanə Qurbanova ilə birlikdə məktəbdə ad günü mərasimi fotosu yayıldı. Həmin xəbərdən ciddi şəkildə narahat olan direktor əvəzi və müavininə nədənsə Təhsil Nazirliyi tərəfindən hər hansı bir təpki gəlmədi. 
Ən azından direktor əvəzinə sual vermək lazımdır ki, şagird və müəllimlərin gözü önündə müavinin ad günüdə tort kəsmək nə dərəcədə düzgündür? Şagirdlər bu cür hərəkətdən sonra direktor əvəzindən və müavindən hansı tərbiyəni götürəcəklər? 
Sizə bildirirk ki, Xəyyam Fərəcov məktəbə direktor əvəzi təyin olunandan sonra əl-qolu açılıb onunla korrupsiyaya qurşanan müavini Reyhanə Qurbanova məktəbi gəlir yeri və əyləncə mərkəzinə çevirib. Biz belə görüntüləri ancaq toylarda görürük. Onların korrupsiya halları barədə faktlarla bağlı isə sizə dəfələrlə dəfələrlə yazmışıq. 
Azərbaycan Prezidenti Cənab İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə məmurların dəbdəbəli mərasimlər keçirməsinə irad tutmuşdur. Məktəb müəllimlərinin göndərdiyi digər fotoafa isə direktola müavinin əl-ələ tutaraq tort kəsmə mərasimi həyata keçirtmələri sözün həqiqi mənasənda biabırçılıqdır. 
Cənab nazir!
Bildiririk ki, Xəyyam Fərəcov müavini Reyhanə Qurbanovanın təmtəraqlı ad gününü keçirmək üçün müəllimlərdən pul yığıb. Şəkillərdən də göründüyü kimi Xəyyam Fərəcovun bu addımı heç də pedoqoq adıyla üst-üstə düşmür və siz də razılaşarsınız ki, direktor əvəzinin atdığı bu addım qeyri etik addımdır.Bütün bunlar şagirdlərin gözü önündə baş verdiyi halda, biz müəllim olaraq şagirdlərə hansı təlim-tərbiyyədən, mənəvi və etik dəyərlərdən söhbət aça bilərik? 
Məktəb həyatına uyğun olmayan bu hərəkətləri hamı görür. Hanısa bir təhsil ocağında direktorun və müavinlərinin belə hərəkət etmələrini biz heç vaxt görməmişik və eşitməmişik. Xəyyam Fərəcov direktor əvəzi təyin olunmamışdan öncə Bakı Şəhər Baş Təhsil İdarəsində məsləhətçi işləyib. Görəsən işlədiyi dövrdə müəllimlərə çoxmu belə məsləhətlər verib? 
Hörmətli nazir!
Təhsilə xələl gətirən belə pedaqoqlara biz müəllimlər tərəfindən irad tutulanda onlar bizi işdən çıxartmaqla hədələyirlər. Bunlar kimə arxayındırlar ki, xalqın övladlarını savadsızlığa doğru sürükləyirlər! 
Cənab Prezident İlham Əliyevin təhsil ocaqları haqqında etdiyi çıxışdan: “Peşəkarlığın, biliyin, savadın, intelektin əsası məhz məktəblərdə qoyulur” 
Dövlətimizin təhsilə diqqət və qayğısı nəticəsidir ki, təhsil ocaqlarında bu gün vətənpərvər və savadlı övladlar yetişir. İldən-ilə şagirdlərin yüksək bal toplayaraq, ali məktəblərə qəbul olmaları bizi sevindirir. Ancaq Reyhanə Qurbanova üçün şagirdlərin yüksək nəticə və uğurları maraqsızıdır. Gündüz və qiyabi qruplarda coğrafiya dərsinin keçilməsinə icazə vermir. Deyir ki, coğrafiya dərsi heç bir şagirdə lazım deyil. Həmin dərsi Sona adlı müəllimənin adına yazaraq, pulu özü alır. Dövlət sənədi olan sinif jurnalına mövzunun adını Sona müəllim yox, psixoloq Aynurə İbrahimova yazır. Sinif jurnalları psixoloq Aynurənin xətti ilə işlənilir. Çünki jurnalı Sona müəllimin yazmaması onun həmin fənndən pul almamasıyla izah olunur. Dərs keçirilmir və ona görə də Reyhanə Qurbanova məcburdur ki, jurnalı Aynurəyə yazdırsın. 
Özünün qanunsuz götürdüyü coğrafiya dərslərini bir dəfə də olsun Reyhanə müəllim dərs keçməyib. Ya dərslər boş keçib, ya da şagirdlər tələb etdikdə özünün əvəzinə texniki işçiləri dərs keçməyə vadar edir. İxtisası müəllim olmayan bu texniki işçilərdən uşaqlar hansı bilyi mənimsəyəcəklər? Neçə aydır haray çəkirik ki, bu məktəbə köməklik göstərəsiniz. Valideyinlər dərs keçirilmədiyinə görə uşaqları bu məktəbdən çıxarıb digər məktəbə aparırlar. Elə siniflər var ki, orada 14-15 şagird oturur. Bunlara misal 2 və 7-ci sinfləri göstərmək olar. Paralel sinifdən bu siniflərə ad yazılır. Şagird isə öz sinifində oturur. Ad yazmaqları valideyinlərin haqlı narazılıqlarına səbəb olur. 
Xahiş edirik ki, bu faktların araşdırılmasına göstəriş verəsiniz. 
248 №-li məktəbin bir qrup müəllimi
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam