Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Binəqədi əhalisi soyuqdan donur: “Azəriqaz” sözünə əməl etmədi

qaz_yanarBakının Binəqədi rayonu Biləcəri qəsəbəsində dünən saatlarından etibarən kəsilən təbii qazın verilişi hələ də bərpa olunmayıb.

Xeberinfo.com:  Bu barədə qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, “Azəriqaz”dan qazın dünən axşama kimi veriləcəyi bildirilsə də, sözlərinə əməl etməyiblər: “Bu soyuqda iki gündür qaz kəsilib. Evlər bumbuz, qocası, xəstəsi var, donuruq. Nə isti yemək, nə də çay tapa bilirik içməyə. Kafelərdən yemək alaq? Axı buna hər ailənin də imkanı yoxdur. Nə vaxt zəng edirik, bir saata düzələcək deyib bizi yola verirlər”.

“Azəriqaz” istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev AzNews.az-a məsələ ilə bağlı növbəti açıqlamasında sözügedən ərazidə qaz sızması baş verdiyini deyib: “Qaz xətləri dəyişdirilir. Həmin ərazidə əhaliyə qazın verilməsinin bir hissəsi təmin olunub. Günün axırına kimi düzələcək”.

Məlumat üçün bildirək ki, İ. Kərbalayev dünən saytımıza açıqlamasında qazın verilişinin oktyabrın 27-si saat 22:00-a kimi bərpa olunacağını bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam