Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

““Tozsoran” ləqəbli icra başçısı”: “20-30 manata da tamah salır”

““Tozsoran” ləqəbli icra başçısı”: “20-30 manata da tamah salır”

80 min manatlıq, 30 min manatlıq rüşvət müəmması...

Xeberinfo.com: Redaksiyamızın elektron  poçtuna Sabirabad rayonundan adının açıqlanmasını istəməyən oxucumuzun yapçi@inbox.ru email ünvanından müraciəti daxil olub. Müraciətdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla rayonun bir sıra vəzifə sahiblərinin özbaşınalığından bəhs olunur. Biz yazını sayta yerləşdirməzdən öncə adları hallanan tərəfləri də dinləmək istəsək də, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Müəyyən kəsim oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

“Bu gün Sabirabadda hamını  düşündürən cəncəl bir məsələ var. Bu CƏNCƏLi də başçı Nazim ismayılov yaradıb. Hamı uzun illər Göyçayda, Şamaxıda başçılıq edən bu şəxsin bu böyüklükdə cinayətə gedəcəyinə və üstəlik  bilərəkdən ictimai-siyasi vəziyyəti gərginləşdirəcəyinə  inanmağı gəlmirdi. Ancaq FAKT-FAKTDIR.  İndi hər şey ortadadır. Əhali Nazim İsmayılovun bu təmənnalı hərəkətini dövlətə sarsıdıcı zərbə hesab edir.

Bu ilin yanvarında  o yeni yaranan təhsil üzrə 12 saylı regional  maliyyə idarəsinə   Elxan Əsədovu "seçib” müdir  qoydu. Özü də özünün birinci müavini rayonda "kolxoznik” kimi tanınan Həsən Həsənovun və Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanovun əli ilə. Birinci onu deyək ki, Elxan bu işə gələnə qədər  mədəniyyət şöbəsində Əhməd Ramazanovun baş mühasibi olub.

Əslində Elxan Əsədov kimdir? 1952-ci ildə anadan olub. 1970-1972-ci ildə Bakı maliyyə kredit texnikumunda oxuyub, əvvəl  mərkəzi xəstəxanada mühasib işləyib, oradan qovulduqdan sonra bir az  tikinti sahəsində çalışıb. 1984-cü ildən isə  Mədəniyyət  şöbəsində mühasib işinə gəlib.

Başçı İsmayılovun  sayəsində o, bu ilin yanvarında yeni mərkəzə müdir gələnədək həmin vəzifədə çalışıb. Amma 20 ildən çox bir müddət ərzində bu dövlət vəzifəsində baş girələməsinə  baxmayaraq  o  YAP-çı olmaqdan  imtina edib. Bunun da səbəbini Sabirabadda hamı bilir ki, Elxan müxalifətin dəyirmanına su tökənlərdəndir. İqtidarın arxasınca asıb-kəsənlərdən bəlkə də birincisidir. Rayona gətirilən yeganə "Yeni Musavat”, "Azadlıq” ancaq ona verilib. Bəs necə oldu ki, YAP siyasi şurasının üzvü  Nazim İsmayılovun "saqqızını” oğurladılar. O Elxanın yaşının 65-ə az qalmasını və YAP-çı olmamasını qulaqardına vurdu. Üstəlik ali təhsil diplomuna da fikir vermədi. Başqa vaxt "ancaq dövlət ali məktəblərini bitirənləri işə qəbul edirik”, - deyən Nazim İsmayılov bu dəfə Elxanın "ali təhsil diplomu”na heç baxmadı da. Ancaq o da yaxşı bilirdi ki,   Elxanın qiyabi  "oxuduğu” Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı olmayıb və bu gündə yoxdur. Ümumiyyətlə bu adda məktəb Azərbaycanda nə dövlət qeydiyyatına alınıb və nə də  binası olmayıb.

Bütün bunlara baxmayaraq Nazim İsmayılov 65 yaşlı  birisini təqaüdə göndərmək əvəzinə,  ali təhsil diplomlunun saxta olduğunu bilə-bilə, üstəlik həmişə YAP-a rixşənd edən müxalif fikirli birisini böyük vəzifəyə gətirdi. Bax  belə yerdə qırmızı xoruzun quyruğu görünür. Deməli arada killi miqdarda, Elxanın qohum-dost yanında hökülləyib dediyi kimi, 80 min manatlıq rüşvət  dayanır.

Sabirabadda camaat Nazim İsmayılova "TOZSORAN” ləqəbi verib. Bu da təsadüfi deyil. O, hər şeyə  20-30  manata da tamah salandır. Göyçayda, Şamaxıda, Bakıda topdağıtmaz əmlakları, balta kəzməz dollarları olması  onun yenə gözünü doydurmur. O Elxanın uzun illər kitabxanaçılardan çırpışdırdığı karrıca haram pulundan əl çəkə biməzdi. Bu dəfə o Sabirabadın ən böyük Nizami Gəncəvi adına orta məktəbinə, həmin məktədə vur-tut 5 ay  işləmiş onun qızı Könülü direktor təyin etdi. Qızın tanış-biliş yanında həmişə eşitdirdiyi kimi 30 minə.  İndi həmin məktəbdə necə deyərlər papaq götür qaçdı. Təhsil şöbəsinin 50 metrliyində yerləşən bu məktəbdə təhsil arxa plana keçib. Valideynlər uşaqlarını digər şəhər məktəblərinə keçirirlər. Psixoloji problemləri olan bu xanım heç təhsilin müdiri Pəhlivan Qarayevi də vecinə almır. Bəlkə doğru da edir. Axı  Pəhlivanın da "pəhlivan”lığı yoxdur, yəni nə ətdir, nə də balıq. Yaxşı bilir ki, Başçı İsmayılov atası Elxanın və onun qarşısında gözükölgəlidir. Niyə də etməsin çünki başçı onu qəbul edəndə "Get o məktəbi sənə verdim” demişdi.  O da dədəsinin mülki kimi bildiyini edir.  Üstəlik əri Azər Ağayevə də  iş aldılar. Onu S.Vurğun adına şəhər məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin etdirdilər. Azəri hamı qatı müxalifətçi kimi tanıyır, o bütün seçkilərdə Cəmil Həsənlinin, Əli Kərimlinin, İsa Qəmbərin müşahidəçisi olub. 2015-ci ildə Milli məclis seçkilərində P.Hüseynin katibiliyini edib. 63 saylı dairənin 6 saylı şəhər seçki məntəqəsində YAP-çılara qan uddurub. Onun vəzifəyə gətirilməsinin lap ağ oldugunu bir aydan sonra bildilər və qorxub tez onu həmin işdən kənarlaşdırdılar. Ancaq Elxan  o biri yeznəsini Mədəniyyət və Turizm şöbəsindəki köhnə yerinə-baş mühasibliyə gətirə  bildi. Bax bu yerdə deyiblər ey "Yaxşı dayıya eşq olsun!”

Deyirlər sən saydığını say gör Nazim İsmayılov nə sayır. Bu saxtakarlığı, ---- dəfələrlə onun nəzər-diqqətinə çadırdılar. İnformasiya vasitələri qalaq-qalaq məlumatlar verdilər. Ancaq deyilən sözləri, fikirləri, açıq tənələri o bu qulağından alıb o birindən buraxdı. Amma o bir oyunbazlıq etdi. Qoyduğu ata-bala "kadr”ları müxalifət damğasından qurtarmaq üçün onları YAP-a qaynaq etdirdi. Özüdə hər ikisinini bir gündə, bu ilin mayında  - Elxan və qızı Könülün adlarını iqtidar partiyasına yazdırdı.

Budur Nazim İsmayılovun dövlətə xidməti?!

Ümummilli liderimiz Heydər Əliyevin belələrinə xitabən demişdi: "Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir”.

 

 

Redaksiyadan: yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam