Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı ilə deputat arasında ciddi qarşıdurma

 

Nazim İsmayılov Rüstəm Xəlilovun əleyhinə açıq kampaniyaya başlayıb

"Xeberinfo.com":  Məlumata görə, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla bu rayondan seçilən deputat Rüstəm Xəlilov arasında ciddi konflikt yaranıb.

Bununla bağlı özəl informasiya Editor.az-a rayondakı mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, buna səbəb deputatın icra başçısının fəaliyyəti ilə bağı müsbət fikirlər bildirməkdən imtina etməsi olub: “Bir neçə ay öncə rayonda nazirlərdən birinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədən öncə icra başçısı deputatdan tələb edib ki, onun haqqında müsbət fikirlər səsləndirsin. Deputat bundan imtina edib. Hətta icra başçısına xitabən “Nə iş görmüsünüz ki, sizi müdafiə də edək. Bizi rayonda heç eşitmirlər, elə bil deputat yox, xırda məmuruq” söyləyib. Bundan əsəbləşən icra başçısı isə “Sənin də Milli Məclisdəki fəaliyyətindən xəbərimiz var. Bircə dəfə ağzını açıb, danışmamısan” deyərək, deputata qarşılıq verib. Həmin tədbirdə Rüstəm Xəlilova ümumiyyətlə söz verilməyib”.

Hazirda icra başçısın deputatın əleyhinə açıq kampaniya apardığını deyən mənbəmiz qeyd edir ki, Nazim ismayılov “Rüstəm bu rayondan deputat seçilsə, mənə Nazim deməsinlər” fikrini hər yerdə açıq şəkildə bəyan edir.

Editor.az-ın əməkdaşı məsələyə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun və deputat Rüstəm Xəlilovun münasibətini öyrənmək istəsə də, hər iki şəxslə əlaqə saxlamaq cəhdlərimiz nəticə verməyib.

Editor.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam