Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Goranboyda fermer “od püskürür”?!:örüş sahəsi satışa çıxarılıb?!

 

“İstədim ki, Heydər Əliyev Fondundan pul alıb, rayon rəhbərliyinə verim ki, mənə örüş sahəsi ayırsınlar”

 

Yenixeber.org: Redaksiyamıza Goranboy rayonu Aşağıballıqaya kənd sakini İsmayılov Vahid Yunis oğlunun müraciəti daxil olub. Müəllif müraciətində rayon rəhbərliyi və bələdiyyə sədri tərəfindən qarşılaşdığı haqsızlıqlardan bəhs edir. Heyvandarlıq təsərrüfatı üçün örüş sahəsi almaq istəyi daşa dəyib... Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:

“Bildirirəm ki, mən uzun illərdir ki, rayon rəhbərliyindən örüş sahəsi ala bilmirəm. Məsələ ilə bağlı rayon rəhbərliyinə pul vermək üçün Mehriban xanımdan pul istəmişdim. İstədim ki, Heydər Əliyev Fondundan pul alıb, rayon rəhbərliyinə verim ki, mənə örüş sahəsi ayırsınlar.

01.06.2017-ci il tarixdə teleqramla Fonddan pul istəmişəm. Mənim bu addımı atmağım səbəbsiz deyil. 12.11.2015-ci il tarixdə akt tərtib etdilər. Guya mənə örüş sahəsi ayırdılar. 10 ha. və 20 ha. torpaq sahəsini yalnız kağız üzərində ayırdılar. Sonra Bələdiyyə sədri Allahverdiyev Məzahir məndən 5 min manat pul istədi. Pulum olmadığından örüş sahəsini vermədilər. Bu məqsədlə rayon Baytarlıq İdarəsinə rüsum da ödəmişəm.

Cənab baş redaktor, xahiş edirəm mənim bu problemimin həll olunmasına köməklik göstərəsiniz və bu müraciətimin ictimailəşdirilməsini təmin edəsiniz”.

Redaksiyadan: Müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Qarşıdakı günlərdə mövzunu davam etdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam