Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Sabirabad təhsilində biabırçılıq:məktəblərə 3-5 min “taskı” qoyulub

Sabirabad təhsilində biabırçılıq:

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Sabirabad rayon təhsilində yaşanan müxtəlif qanunazidd əməllərlə bağlı yazı daxil olub. Dilarə Quliyeva quliyeva_1966@inbox.ru elektron ünvandan daxil olmuş yazıda Maliyyə Nazirliyinin yoxlamasından, məktəblərə və müəllimlərə “haqq” qoyulmasından, 12 saylı regional maliyyə idarəsinin rəisi Elxan Əsədovun özbaşınalığında və s. bəhs olunur. İctimai marağa səbəb olacağını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

  “Bu ilin fevralın əvvəlindən Sabirabad təhsilində başlayan Maliyyə nazirliyinin növbəti yoxlaması başa çatıb. Ötən müddət ərzində təftişçilər Olimpiya kompleksinin kotteclərində eninə-uzununa kef ediblər. İndi də məktəblərə plan qoyublar. Orta məktəblərin hər birinə 3 min, əsas məktəblərə isə 5 min manat pul vermək tapşırılıb. Pul yığmaq kompaniyasına Təhsil nazirliyinin 12 saylı regional maliyyə idarəsinin rəisi Elxan Əsədov başçılıq edir. Bu o Elxandır ki, saxta diplomla 65 yaşında bu vəzifəyə təyinat alıb. Üstəlik qızı Könülü də 6 ay o məktəbdə işləməsinə baxmayaraq rayonun ən böyük Nizami Gəncəvi adına orta məktəbinə direktor qoydurub. Onu da bilin ki, bu ailə Sabirabadda qatı müxalifətçilər kimi tanınır. İndiki vəzifəsindən əvvəl 20 il Mədəniyyət şöbəsində baş mühasib işləməsinə baxmayaraq Elxan YAP-a keçməkdən imtina edib. Müxalifətçiliyini ört-basdır etmək üçün o qoca vaxtında bu yaxınlarda YAP-a keçib, özü də qızı Könüllə birlikdə eyni gündə. Onu da deyək ki, onun kürəkəni, yəni Könülün əri Azər Ağayev ən qatı müxalifətçi kimi ad çıxarıb, seçkilərdə YAP-çıların qəniminə çevrilib. Prezident və parlament seçkilərində İsa Qəbərin, Əli Kərimovun, Cəmil Həsənlinin ən sədaqətli müşahidəçisi olub . Bugün də əqidəsindən dönmür. Pis çıxmasın yaxşıda edir. Görür ki, dövlətə arxa çevirən qaynatası, arvadı ən böyük vəzifəyə gətiriliblər, YAP-çılar isə küçələrdə iş axtarırlar. 
Bax elə dövlətə təpik atanlar onu gözdən salmaq üçün bugün də Sabirabad təhsilində rüşvət kompaniyasına başçılıq edirlər. Bu gün bütün məktəblərdə müəllimlər qan ağlayırlar. Hər müəllimdən 100-150 manat pul yığılır. Novruz bayramı ərəfəsində bu şərəfsizliyi heç Allah da götürməz. Ancaq ilin-günün bu çağında Elxan Əsədov bu rəzilliyə də gedir. 
Ölkə rəhbərliyi bilsin ki, Sabirabad təhsili ölüm ayağındadır. Bu gün Elxan Əsədovun Sabirabad müəllimlərindən yığdığı pul irin-qandır. 
Müəllimlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ümüdlə müraciət edirlər. Ürək ağrısıyla yazırlar ki, onların zəhmət haqlarını əllərindən almasınlar”.

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam