Bir faktı da qeyd edək ki, Nəsimi rayonu ərazisindəki qanunsuz tikinti işlərinə göz yuman, əksər qanunsuzluqların örtbasdır olunmasına çalışan, lazım gəldikdə şərait yaradan dövlət qurumlarından biri də, Fövqəladə Hallar Nazirliyinin Regional şöbəsinin əməkdaşlarıdırlar. Çünki, əksər vaxtlarda Regional şöbənin əməkdaşları onlara həvalə olunan vəzifə öhdəliklərini hansısa maraqları çərçivəsində yerinə yetirmirlər. Belə bir səbəbdən də, bəzi işbazların Nəsimi RİH-nin başçısı Asif Əsgərovla düzüb-qoşduqları işbirliyi öz həllini tapır. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, cənab Kəmaləddin Heydərovun rəhbərlik etdiyi və dövlət büdcəsindən maliyyələşən bu nazirliyin fəaliyyətinə nə ad vermək olar? Görəsən ötən il qardaş Türkiyə Respublikasında baş verən dağıdıcı zəlzələ və bu zəlzələnin yaratdığı fəsadlar Nəsimi RİH-nin başçısına, bu qurumda çalışan vəzifə sahiblərinə, ələlxüsus Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ibrət dərsi olmadımı? Yoxsa, həmin şəxslər maddi maraqlarının təmin olunmasını sakinlərin taleyindən üstün tuturlar? Bəli, onlar maddi maraqlarının təmin olunmasını üstün tuturlar ki, belə bir əməllərə də qol qoyurlar. Bu yöndə baş verən qanunsuzluqları təhlil edib o qənaətə gəlmək olar ki, Nəsimi rayonu ərazisində inşaası həyata keçirilən qanunsuz tikinti işlərinin, baş verən hər cür hoqqaların və s. araxasında, məhz bu rayona rəhbərlik edən şəxs(lər)in, Bakı ŞİH-də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində vəzifə sahibi olanların, həmçinin Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının kəsişən maraqları əsas rol oynayır. Deməli, adı çəkilən bu dövlət qurumlarında çalışanları, eyni zamanda səlahiyyət sahibi olan şəxsləri bu gün xalqın-dövlətin marağı deyil, daha çox şəxsi maraqları düşündürür. Ona görə də həmin şəxslər, bu gün də belə bir addımlarını atırlar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.(Nyus.az)
Mövzuya qayıdacağıq.