Yenixeber.org: Bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Baku Electronics” MMC Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sifarişi ilə mətbuat nümayəndələrinə hədiyyələr təqdim edəcək və qarşılığında 4 min 499 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, mətbuat nümayəndələrinə hədiyyələrin təqdim edilməsi məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Bunlardan başqa, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, “Baku Electronics” MMC-nin 12 mart 2024-cu il tarixinə dövlət büdcəsinə 1 milyon 213 min 691 manat 29 qəpik vergi borcu var.
“Dövlət satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə, satınalma müqaviləsinin bağlana bilməsi üçün təchizatçının vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması lazımdır. Əgər satınalma müqaviləsi imzalanan zaman “Baku Electronics” MMC-nin vergi borcu olmayıbsa, o zaman şirkətin müqavilədən sonrakı qısa müddət ərzində 1,2 milyon manatlıq vergi borcunun yaranması da başa düşülən deyil.
Onu da bildirək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təkcə “Baku Electronics” MMC ilə deyil, daha 3 şirkətlə satınalma müqaviləsi imzalayıb. İmzalanan müqavilələrin hamısı bir mənbədən satınalma metodu əsasında və dövlət satınalmalarının vahid internet portalından kənar həyata keçirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Alfa Nuts” MMC (VÖEN – 1007563851) ilə 2 min 500 manatlıq, “Copy” MMC (VÖEN – 1500046141) ilə 1 856 manatlıq, “Caspel” MMC (VÖEN – 1300701451) ilə 59 min 613,6 manatlıq müqavilə imzalayıb.
Yazıda qeyd olunan müəmmalı məqamlara aydınlıq gətirmək üçün suallarımızı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətinə ünvanladıq. Mətbuat xidməti sullarımıza cavab veriləcəyini bildirsə də, bu günə kimi heç bir cavab ala bilməmişik.
Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət satınalmalarına (tender müsabiqələrinə) nəzarəti həyata keçirən dövlət qurumudur.(yeniavaz)
Elnur Əli