Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Anar Məmmədov Londondakı KFC şəbəkəsini alandan sonra restoranlar zərərlə işləməyə başlayıb -DE-FAKTO


Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi böyük zərər edib.
Yenixeber.org: Səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan “B.J.R. Foods Limited” şirkəti 2022-ci ili 1 milyon 182 min 13 funt-sterlinq (2,6 milyon manat) zərərlə başa vurub.

Müqayisə üçün bildirək ki, “B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurub.
Bundan başqa şirkətin illik dövriyyəsi isə 7,1% azalaraq 41 milyon funt-sterlinqdən 38 milyon funt-sterlinqə düşüb.
Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.
Onu da bildirək ki, Anar Məmmədov eyni tarixdə daha 3 şirkətin 75%-lik payını satın alıb. Bu şirkətlər “Colonel Foods Limited”,  “1st RATE Investment (UK) Limited” və “Amber Restaurants Limited” şirkətləridir.
“Colonel Foods Limited” və “Amber Restaurants Limited” 152 gündən artıqdır ki, hesabatlarını müvafiq qurumlara təqdim etməyiblər.
Səhmlərinin 75%-i Anar Məmmədova aid olan bu şirkətlərə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən yaranıb.
Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra  KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.



Elnur Əli, (yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam