Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vidadi Orucovdan oğlunun “qazandığı” havayı pulların mənbəyini soruşan olacaqmı? -DE-FAKTO

 Yenixeber.org: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında qeyri-yaşayış sahəsinin icarəsi üzrə bağlanmış 320.067 manat məbləğində satınalma müqaviləsi elektron medianın gündəmindən hələ düşməyib. Bu dəfə hamı Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru, 1956-cı il təvəllüdlü Vidadi Ömər oğlu Orucovun oğlu Emil Vidadi oğlu Orucovun belə bir obyekti hansı vəsaitlər hesabına əldə etdiyini yazır. Həqiqətən də, ildə üç yüz min manat gəlir gətirən bir obyektin ərsəyə gəlməsinə güman ki, az pullar xərclənməyib. Bəs Emil Vidadi oğlu Orucov bu pulları necə əldə edib?

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında Emil Vidadi oğlu Orucovun 1987-ci ildə anadan olduğu göstərilir. Bu o deməkdir ki, onun hazırda 37 yaşı var. Hesabladıqda Emil Orucov ömrünün ən az 26-27  ilini təhsilə (orta məktəb, ali təhsil, magistratura, aspirantura) verib. Hərbi xidməti də buraya əlavə etsək bu 28 il edir. 2018-ci ildə “Milli ərzaq təhlükəsizliyi sisteminin inkişafının iqtisadi aspektləri” mövzusunda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etdikdə onun cəmi 31 yaşı olub. Bir sözlə ömrünün çoxunu elmə həsr etmiş bir şəxsin birdən-birə uğurlu bir biznesmenə çevrilməsi Azərbaycanda mümkündürmü?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat. Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü? Qətiyyən mümkün deyil.

Amma onun atası, 68 illik ömrünün 27 ilini direktor vəzifəsində işləmiş Vidadi Ömər oğlu Orucov bunu edə bilər. Qeyd edək ki, Vidadi Orucov 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmiş, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır.

Odur ki, Vidadi Orucov belə bir obyektə, hətta bundan da böyük obyektlərə sahib ola bilər və göründüyü kimi sahibdir də. Təbii ki, o bunları aylıq maaşıyla edə bilməzdi. Vidadi Orucov uzun illərdir rəhbəri olduğu kolleclərdən yaxşı pul yığıb. İmtahanlarda rüşvətxorluğun tüğyan etdiyi vaxtlarda. Həmin rüşvətlərdən əldə etdiyi pulları da Vidadi Orucov daşınmaz əmlaka yatırıb. Qeyd edək ki, indi kolleclərə qəbula nəzarət gücləndirilib, imtahanlarda rüşvətin qarşısı qismən alınıb. Amma Vidadi Orucov 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olarkən nə qədər qanunsuzluqlara yol verib, nə qədər saxtakarlıqlara imza atıb, kim bilir? Hələ koleclərə ayrılan dövlət vəsaitləri də var burada. Cari təmir işlərinə, əsaslı təmir işlərinə, dəftərxana və təsərrüfat mallarına, maşın və avadanlıqlara, inventarların alınmasına ayrılan dövlət vəsaitlərini demirik hələ. Vidadi Orucov küllü miqdarda pulları da bu yollarla qazanıb.

Həmin pullara da Vidadi Orucov övladlarının adına obyektlər tikdirib. Oğlu Emil Orucovun adına olan bəlli oldu. Digər oğlu, Tural Orucovun adına görəsən harda, nə var? Göründüyü kimi vaxtı ilə rüşvət hesabına tikdirdiyi obyektlər Vidadi Orucova indi dividentlər gətirir. Yəni çirkli pulları Vidadi Orucov leqallaşdırıb edib tər-təmiz. İndi rüşvətdən qazana bilməsə də, pullar ona havayı gəlir, göydən yağır, sağdan-soldan gəlir, oğlunun adına olsa da belə. Bu pulların mənbəyini isə ondan soruşan yoxdu. Heç olmayacaq da. Biz bir mətbuat orqanı olaraq soruşmağa cəhd etdik. Vidadi Orucovun elektron poçtuna məktub göndərdik, mobil telefonu vaitəsi ilə oğlunun icarəyə verdiyi yerlə bağlı yayılan məlumatlara münasibət öyrənməyə çalışdıq. Faydası olmadı, düz məlumatlara Vidadi Orucov nə kimi münasibət göstərə bilərdi ki?

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də qeyri-yaşayış sahəsinin icarəsi üzrə keçirmiş olduğu tenderdə bir sıra qanunsuzluqlara yol verib. Tenderin şərtlər toplusunda icarəyə götürülən obyektin ünvanını açıq şəkildə göstərməyib. Halbuki, “Dövlət Satınalmaları Haqqında” Qanuna görə bunlar açıq şəkildə qeyd olunmalıdır. Odur ki, bəzi araşdırmalardan sonra bu mövzuya bir daha qayıdacağıq?(Aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam