Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:Kadrlarını həbsə göndərən məmur necə azadlıqda qalıb?

Əmlak Komitəsində Eldəniz Qafarov kabusu: Kadrlarını həbsə göndərən məmur  necə azadlıqda qalıb?

Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur.

Yenixeber.org: Müdir müavini ilə bağlı media üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, Eldəniz Qafarov  tutduğu vəzifə etibarı ilə o qədər də diqqət çəkməsə də, kifayət qədər ciddi və iddialı oyunçudur.  Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır.

Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir. Mənbənin bildirdiyinə görə, xidmət rəisinin müavini Elçin Yusubovun “sağ əli” kimi tanınan, onun tərəfindən bilavasitə himayə olunan Eldəniz Qafarovun ən mühüm gəlir mənbələrindən birini isə icarəyə verilmiş torpaqların təftişi təşkil edir. Daşıdığı vəzifədən istifadə edərək mütəmadi şəkildə icraəyə verilmiş torpaqların təftişini həyata keçirən müdir müavini, təftiş prosesində icarə müqaviləsinin hər hansı bəndənin pozulduğunu  iddia edərək müqaviləyə xitam verəcəyini bildirir. Sahibkarları bu sözlə qorxuya salan Xidmət məmuru, uzun çək-çevirdən sonra güzəştə getməyə razı olur. Təbii ki, bu razılaşma hər səfərində Eldəniz Qafarovun sərvətinin bir qədər də artması ilə nəticələnir.

Məlumat üçün bildirək ki, ötən ilin ortalarında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri  İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbsi Eldəniz Qafarov üçün dərs olmayıb. Bununla bağlı bildirir ki, saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə, Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər.

Xatırladaq ki, İldırım Məmmədov Eldəniz Qafarovun kadrıdır. Bəzi məlumatlara görə, istintaq zamanı Eldəniz Qafarov da sorğu-sual edilsə də, həbs olunmaqdan xilas ola bilib. İldırım Məmmədov da məhkəmədə etiraf edib ki, o, şöbə müdiri Eldəniz Qafarovdan gizli heç bir iş görə bilməyib. Növbəti yazımızda sizi Eldəniz Qafarovun malik olduğu əmlak və obyektlərin siyahısı, eləcə də onun bu əmlaklara hansı “zəhmətlər” sayəsində yiyələndiyi ilə tanış edəcəyik. Nizamnaməyə əsasən bilavasitə Xidmət rəisinə tabe olması gərəkən Eldəniz Qafarovun niyə daha çox Elçin Yusubovun təlimatı ilə hərəkət etdiyinə də aydınlıq gətirəcəyik.(cumhuriyyet.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam