Abidin Fərzəliyevin "çətiri altında" nələr baş verir?! -VİDEO // FOTO
"750 Milyon sərvəti olan icra başçısının həzin sonu"
Bu başlıq altında geniş araşdırma yazılar hələ 2021-ci ildə yerli medianın gündəmini möhkəm silkələdi.
Yenixeber.org: Burada söhbət Prezidentin keçmiş köməkçisi Əli Həsənov və Ramiz Mehdiyevlə yaxın münasibətləri olduğu deyilən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdən gedirdi. "Həzin sonu" deyərkən də himayədarları sayılan bu iki vəzifəli şəxslərin "qələminin qırılması" - onların gücdən düşməsi ilə Abidin Fərzəliyevə yol göründüyü işarə olunurdu.
Onun, 17 il rəhbərlik etdiyi dövrdə Bakının Nərimanov rayonunu "ata mülkü" kimi idarə etdiyi - istədiyi yüksək rütbəli "dost" məmurlara rayonun ərazisində obyektlər, torpaqlar bağışladığı - necə deyərlər, "hamam suyu ilə dost tutduğu", icra hakimiyyətindəki vəzifələrə öz qohum-əqrəbasını təyin etdiyi, hətta, hakimiyyətin əleyhinə olan bəzi müxtəlif qüvvələri maliyyələşdirdiyi də yerli saytlarda dərc edilib.
Nərimanov rayonu ərazisində aparılan qanunsuz tikintilər, küçə ticarətləri və digər qanuna zidd olan reallıqlar da Abidin Fərzəliyevin "fəaliyyət planı daxilində" həyata keçirilirdi.
Lakin, bütün bunlarla da "gözü doymayan" Fərzəliyevin hətta, gözdən əlillər üçün nəzərdə tutulan mənzillərin satılmasına belə "əl atması" nəfsinin sərhəd tanımamasının göstərdi.
Bütün bunlara rəğmən, dəyişən sadəcə cənab Fərzəliyevin iş otağı oldu. O, 2022-ci ildə Bakının ən böyük rayonlarından biri olan Abşeron rayonunun icra başçısı vəzifəsinə təyinat aldı.
"Öyrəşənə tövbə olmaz" deyərlər...
Abşeron rayonuna ayaq basar-basmaz "makler (dəllal), bələdiyyə sədri və icra nümayəndəsi trioları" ilə çalışmağa başladı. Odur ki, rayonun ərazisində maklerlərin apardığı qanunsuz tikintilər barəsində kimə şikayət edirsən, et, nəticə dəyişməyəcək. Çünki, əgər "şefin" icazəsi varsa, vətəndaş "nəmənə"dir?!.
Yeri gəlmişkən, eşitdiyimizə görə Abidin Fərzəliyev bəzi şəhid ailələrinə mənzil və avtomobil bağışlayıb.
Yox, bu onun "səxavəti"ndən irəli gəlməyib, sadəcə həmin şəxslər hüquqlarını bildikləri və biraz aktiv tələbkeş və geniş çevrəyə malik olduqları üçün cənab Fərzəliyev bu yolla onları susdurmağı düşünüb. Digər şəhid ailələrini də bu cür öz nəzarətində saxlayır ki, Abşeron rayonu ərazisində yaşayan bir neçə şəhidin doğum və anım günlərində öz nümayəndələrini göndərib, özünü "qayğıkeş icra başçısı" obrazında cəmiyyətə sırımağa çalışır.
Bunun real nümunəsi olaraq, bir neçə gün əvvəl "DogruXeber.az" redaksiyasına müraciət edən Qobu qəsəbə sakini - birinci vətən müharibəsi veteranı Hüseynov Rövşən Soltan oğlunun adını çəkə bilərik. Rövşən Hüseynov bildirir ki, işsizlik səbəbilə məcburiyyət qarşısında illərdir ki , tez-tez, təkrar-təkrar iş maklerlərinin oyunlarının qurbanı olur. Zəhmət haqqının müəyyən hissəsi qarşılığında maklerlərin tapdığı işlərdə çalışan müharibə veteranı əmək haqqının mənimsənilməsindən bir neçə dəfə hətta, hüquq-mühafizə orqanlarına belə şikayətçi olub. Bundan əlavə, o, artıq bu durumdan bezərək, bir neçə gün əvvəl 85 AZN zəhmət haqqını mənimsəyən "Caspian fish" şirkətinin qarşısında özünü yandırmağa cəhd etdiyi də agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" vasitəsilə canlı yayımlandı.
Bütün bunlara rəğmən, nə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, nə İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, nə də rayon ərazisində digər məsul vəzifələrdə çalışan hər hansı bir şəxs Rövşən Hüseynov ilə heçolmasa telefon əlaqəsi belə saxlayıb, onu narahat edən, intihara qədər aparan problemi barəsində maraqlanmadı da ki, bəlkə ona təsəlli olar.
Rövşən Hüseynovun sözlərinə görə, buvaxta qədər o, dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, hər dəfə müraciətləri nəticəsiz qalıb, hətta dəfələrlə qəbul edən olmayıb.
Sual yaranır, bəs bəzi şəhid ailələrinə mənzil və avtomobil bağışlayacaq qədər "səxavətli" olan icra başçısı Rövşən Hüseynov və digər veteranlara, əlillərə, şəhid ailələrinə niyə heçolmasa bircə qutu ərzaq göndərməyib?
Rövşən Hüseynov bildirir ki, icra başçısının biganəliyi barəsində o, hətta Prezident administrasiyasına da dəfələrlə müraciət edib, amma, onun bu cəhdi də bir işə yaramayıb. Əlbəttə ki, bu da administrasiyada çalışan bir neçə məsul şəxslərin icra başçıları ilə əlbir çalışmaqlarından irəli gəlir.
Bu "həmrəyliyin" nəticəsidir ki, barələrində kifayət qədər şikayət və narazılıqlar olan icra başçılarına "gözün üstə qaşın var" deyən olmur.
Əlqərəz...
Gördüyünüz kimi, cənab Fərzəliyevin "havayı diqqət"I belə bütün şəhid ailələrinə, qazi və veteranlara şamil edilmir. Şəhidləri arasında ayrıseçkilik salan icra başçısı sadəcə ikinci vətən müharibəsi şəhidlərinin bəzilərinin məclislərində iştirak etmək üçün öz nümayəndələrini göndərir.
Və beləcə sözün əsl mənasında baş qataraq, Qobu, Hökməli, Ceyranbatan, Masazır və digər qəsəbələrdə, eləcə də Xırdalan şəhəri ərazisində aparılan qanunsuz tikintiləri görən gözlərə pərdə asmış, danışan dilləri (bəzi media nümayəndələrini) isə hər ay müəyyən olunmuş ödəniş poketi "möhürləmiş" olur.
Amma, "oğurluq.... 40 gün çəkir" deyib müdriklər. Cənab Fərzəliyevin "ticarəti daxilində" aparılan bəzi qanunsuz tikintilərin peykdən görüntülərini aşağıdakı fotoşəkillərdə təqdim edirik:
Qeyd edək ki, qarşıdakı günlərdə həmin ərazilərin real görüntüləri "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" vasitəsilə canlı yayımlanacaq.
Dediyimiz o, ki, Abidin Fərzəliyevin "çoxşaxəli fəaliyyəti"ni bir yazıya sığdırmaq mümkünsüz olduğu üçün, silsilə şəklində sizlərə təqdim edəcəyik.
Odur ki, diqqətiniz bizdə olsun!
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az