Bəstəkar Lalə Cəfərova yaşadığı həyətdə ağacların özəl şirkət tərəfindən qanunsuz kəsilməsinə görə Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olsa da, bu qurumlar “ağac “soyqırımı”nı durdurmaq fikrindən uzaqdırlar...
Şikayətçi: “Ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur”.
Yenixeber.org: Bakı şəhəri Nizami rayonunda ağacların kəsilməsi ilə bağlı saytımıza şikayət daxil olub. Şikayətə görə, özəl şirkət öz maddi maraqlarını həyata keçirmək üçün ərazidə ağac “soyqırımı” həyata keçirir. Buna da Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi biganə qalır.Redaksiyamıza daxil olan şikayəti təqdim edirik:
“Mən Lalə Cəfərova Tahır qızı Bakı şəhəri, Nizami rayonu Tofik Abbasov 83, mənzil 4 ünvanında yaşayıram. Yaşadığım binanın plana getməsi ilə əlaqədar “Global Engineering & Technology” MMC özəl şirkəti tərəfindən nümayəndələr, 36 ailədən ibarət üç binanın sökülməsi ilə əlaqədar, biz sakinlərə artıq bir ildir ki, təzyiq göstərirlər. Bununla əlaqədar mən Az.Respub. Döv. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Memarlıq və Şəhərsalma idarəsinin rəisi Read Qasımovun qəbulunda oldum. 11 may, 2023 ildə mənə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən mənə cavab məktubu gəldi. Məktubun məzmununda adı çəkilən şirkətin rəylər almadığına görə Baş İdarə tərəfindən tikintiyə icazə verilməməsi yazılmışdı.
Bildirmək istəyirəm ki, 19.10.2013 tarixdə bu şirkət tərəfindən bir neçə ağac yenidən kəsildi. Qeyd edim ki, aprel- may aylarında da bir neçə ağac kəsilmişdi. Bu haqda televiziya kanalinda xəbərlərdə də məlumat getdi və bildirildi ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi adı çəkilən şirkəti ağacları kəsdiyi üçün məhkəməyə verib.
İndi isə ağacların kəsilməsi ilə əlaqədar mən İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinin Ekspert şöbəsi, təhlükəsizlik xidməti, şöbə müdiri Fariz Qasımov və aparıcı müfəttiş Emin Hüseynli ilə telefon əlaqəsi qurdum. Bu qurumların rəsmiləri mənə dedilər k,i ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur. Bu məsələ ilə əlaqədar video materiallar var. Xahiş edirəm bu məsələnin araşdırasınız!”.
Redaksiyadan: Şənbə günü olduğu üçün qanunsuz ağac kəsiminin qarşısını almaqda məsuliyyətli olan dövlət qurumlarından mövqe öyrənə bilmədik. Göstərilən ünvanda ağacların qanunsuz kəsilməsi ilə bağlı Nizami Rayonu İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövelərini dərc etməyə hazırıq.(poliqon.info)