Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Neftçala Suvarma Sistemləri İdarəsində şübhəli tenderlər -Qalib MMC-lər kimindir?

bitmap-img6

Neftçala Suvarma Sistemləri İdarəsi cari ilin iyul və avqust aylarında iki lot üzrə satınalmaya yekun vurub. 
Yenixeber.org: Bu satınalmaların ümumi məbləği 291.945 manat təşkil edib: 
Neftçala Suvarma Sistemləri İdarəsinin cari ilin iyul ayının 31-də "Suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi və kanal ətrafı sahələrdə hamarlama işləri" lotu üzrə sifarişçi olduğu tenderin məbləği 139.595 manat olub. Tenderdə "CTC Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. 
On manat nizamnamə kapitalı olan "CTC Servis" MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Salyan şossesi, 14-cü km, qanuni təmsilçisi isə Həmzəyev İlqar Akif oğludur.
Neftçala Suvarma Sistemləri İdarəsinin digər şübhəli satınalmasına isə 2022-ci ilin may ayının 17-də yekun vurulub. "Cari təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınması" lotu üzrə keçirilən satınalmanın məbləği 152.350 manat, qalibi isə "Sevinc-96" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
"Sevinc-96" MMC-nin hüquqi ünvanı ŞİRVAN ŞƏHƏRİ, H.Z.TAĞIYEV, ev 45, m. 1, qanuni təmsilçisi isə Haxiyev Yusif Camal oğludur. 
Neftçala Suvarma Sistemləri İdarəsinin qalib elan etdiyi hər iki MMC-nin müvafiq lisenziyaları, maddi-texniki bazası, əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi və mühəndis heyəti, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur. 
Əldə etdiyimiz məlumata görə Neftçala Suvarma Sistemləri İdarəsinin 152 min manatlıq tenderdə qalib elan etdiyi "Sevinc-96" MMC hacı Qurban kimi tanınan iş adamına məxsusdur. Bu sahibkara məxsus bir çox təşkilatların Neftçala Suvarma Sistemləri İdarəsinin sifarişçi olduğu tenderlərdə mütəmadi olaraq iştirak etdiyi və qalib olduğu bildirilir. 
Məlumatda Neftçala Suvarma Sistemləri İdarəsinin balansında olan kanalların lildən təmizlənməsi işlərini keyfiyyətli aparmadığı, təmizlənən kanalların qısa zamandan sonra yenidən istismara yararsız hala düşdüyü qeyd edilir. 
Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovdur. 
Neftçala Suvarma Sistemləri İdarəsinin tender komissiyasının sədri isə idarənin baş mühasibi Elçin Gözəlovdur.
Məsələ ilə bağlı Neftçala Suvarma Sistemləri İdarəsindən mövqe öyrənə bilmədik. (Qlobal.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam