Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Abdin Fərzəliyevin nümayəndəsi külli miqdarda vergi borcu olan şirkəti tenderdə qalib seçib -FOTOFAKT

Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyinin "Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

Yenixeber.org: Tenderin qalibi "ORBİS GROUP" MMC olub. Tərəflər arasında 205.854 AZN-lik müqavilə imzalanıb. 

Əldə etdiyimiz məlumata görə, qalib olan "ORBİS GROUP" MMC-nin dövlətə külli miqdarda vergi borcu var.  Şirlətin bu günə olan vergi borcu 653 min 277 manat 71 qəpik təşkil edir. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZNolan "ORBİS GROUP" MMC-nin qanuni təmsilçisi Cavid Bəkirov Elbrus oğludur. 

"Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.  

Xatırladaq ki, Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Xırdalan şəhəri üzrə nümayəndəliyinin sədri Orxan Musayevdir. (32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam