Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib -FOTOFAKT

  "Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlov Suraxanı rayonunun Yeni Suraxanı ərazisində - “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazini zəbt edib, burada qanunsuz tikinti işləri həyata keçirir. Sözügedən ərazidə özü üçün nəhəng ticarət mərkəzi inşa edən Bədəl Bədəlov nəinki vətəndaşların etirazına məhl qoymur, özünü külli-ixtiyar sahibi kimi aparır".
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən müraciətdə deyilir.
"Bədəl Bədəlov nümayişkəranə şəkildə bildirir ki, o, heç kimdən və heç nədən çəkinmir" deyə iddia olunan müraciətdə daha sonra qeyd olunur:
"Yeni Surxanı ərazisində xeyir-şər yeri ilə bağlı ciddi problem mövcuddur. Əhalinin sıx məskunlaşdığı rayonumuzda xeyir-şər yeri tapmaq sözün həqiqi mənasında müşkülə dönüb. Bu səbəbdən də rayon sakinləri hazırda Bədəl Bədəlovun böyük inşaat işi apardığı məkanda müvafiq dövlət qurumlarının dəstəyi ilə xeyir-şər yeri tikmək niyyətində idi. Vətəndaşlar bununla bağlı istək və tələblərini Suraxanı Rayon İcra Hakimiyyətinin də nəzərinə çatdırmışdı. Lakin bir neçə gün öncə məlum olub ki, Bədəl Bədəlov bu ərazini də zəbt edib və burada qeyri-yaşayış obyekti ucaldır. Görünür Bədəl Bədəlov hesab edir ki, gəliri bir qədər də artsın deyə, minlərlə vətəndaşı xeyir-şər yerisiz qoymaq olar.
Sizdən xahiş edirik ki, problemin işıqlandırılmasına, əlaqədar qurumalrın diqətinə çatdırılmasına köməklik göstərəsiniz. Tələbimiz tikintinin sökülməsi, həmin ərazidə xeyir-şər yerinin inşa edilməsidir. Əraziyə baxış keçirsəniz, Bədəl Bədəlovun “işğal faktı” ilə tanış ola bilərsiniz".
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib
Bədəl Bədəlov vətəndaşların `xeyir-şər evi` yerini zəbt edib

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam