Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

AGENTLİK DİREKTORU MTN-dəki BANDA İLƏ İŞBİRLİYİNDƏ İTTİHAM OLUNUR

akim bedelov2

 

Ləğv edilmiş Millli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən hadisələr hələ də ölkə gündəminin əsas müzakirə mövzusudur.

Xeberinfo.com:   Sabiq nazir Eldar Mahmudov istefaya göndərildikdən sonra açılan dəhşətli faktlar MTN-də qatı cinayətkar bir dəstənin fəaliyyət göstərdiyini ortaya çıxardı. Hansı ki, onlar iş adamlarını soymaq, günahsız insanları şərləyərək həbs etmək, intihara məcbur etmək, ölkə rəhbərliyində olan insanları belə dinləyərək, onlara qarşı kompramat toplamaq, hətta bu məlumatları xarici kəşfiyyat orqanlarına satmaq kimi ağlasığmaz cinayətlərlə məşğul olublar.

MTN–də “yuva salan” bu cinayətkar şəbəkənin digər nazirliklərdə, komitələrdə işbirlikçiləri olub. Hansı ki, onların bir hissəsi ifşa edilsə də hələ də Mahmudovla sıx “işbirliyin”də olan məmurlar vəzifə başında qalmaqda davam edir.

eldarBu baxımdan Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri Tofiq İsmayılovun qızı Lalə İsmayılovanın mətbuata müraciəti də diqqətdən yayınmadı. Hansı ki, bu işin də “qəhrəmanlarının” MTN–dəki məlum dəstə ilə işbirliyində olduğunu ehtimal etmək üşün ciddi əsaslar var.

Söhbət Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovdan, həmin agentliyin nəzdində olan “Azalternativenerji” MMC-nin direktor vəzifəsində çalışan Rizvan Vəliyev və digərlərindən gedir.

Əvvəlcədən qeyd edək ki, Rizvan Vəliyev ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan MTN-nin hava limanının sabiq rəisi Pərviz Vəliyevin qardaşıdır.
Akim Bədəlov isə Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan Pərviz Vəliyevin dayısıdır.

AzToday.az-ın araşdırmasına görə, bunlardan əlavə Lalə İsmayılovanın təqdim etdiyi sənədlərdən daha 2 nəfərin bu işdə əsas rol oynadığı məlum olur – Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızının və onun əmisi oğlu Şahin Mövsümovun.

sahmar

Qeyd edək ki, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qardaşı olan Şahin Mövsümov 2009-cu ildə bütün payını əmisi qızına dövr etməklə Akim Bədəlovun qurduğu oyundan çıxıb.

Bu adamların MTN-də ifşa olunan məlum dəstə ilə hansı işbirliyinin olduğuna dair iddialara keçməzdən əvvəl Lalə İsmayılova onlarla yollarının kəsişməsininin səbəblərinə belə aydınlıq gətirmişdi:

“13 mart 1987-ci il tarixdə SSRİ Nazirlər Sovetinin, Professional Birliklərin Ümumittifaq Mərkəzi Sovetinin və Ümumittifaq Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin ”Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması barədə” 321 saylı qərarı çıxmışdır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin (mətndə sonra – Mərkəz) yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Bu ondan irəli gəlirdi ki, Mərkəzlərə geniş iqtisadi, hətta xarici ölkələrdən belə, fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdir. Mərkəzlər yalnız gəlirlərinin 3%-ni ümumittifaq və 27%-ni isə yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdilər.

Bütün proqressiv yeniliklərə həssas olan T. İsmayılov 1989-cı ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (mətndə sonra-Birlik) rəhbərlik edən dövrdə keçmiş Kirov (indi Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç., 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur.

Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri olan, o dövrdə Birlikdə elmi işçi işləyən Bədəlov Akim Bədəl oğlu həmin ilin may ayında “Xəzər”ə direktor seçilir. Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Birlikdən bağlanmış müxtəlif müqavilələr üzrə “Xəzər”in hesabına külli miqdarda vəsaitlər köçürülür, kommersiya əməliyyatları və müxtəlif quraşdırma işləri aparılır, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınır. T.İsmayılovun rəhbərliyi ilə alternativ energetika üzrə elmi və eksperimental layihələr həyata keçirilir. Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”in gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı.

1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edilir. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”in Komsomol komitəsi nəzdindən çıxaraq müstəqil şəkildə fəaliyyətinə qərar verilir. Yaradılmasında və fəaliyyətində T.İsmayılov həlledici şəxs olduğuna görə kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”də əsas pay qızı Səbinə İsmayılovaya verilir.

06 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun müəssisənin nizamnaməsi tərtib olunur və A. Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilir. 23.08.1991-ci il tarixdə yeni təşkil edilən “Xəzər” Kirov rayonu Xalq Deputatları Sovetində qeydiyyatdan keçir və A.Bədəlov direktor vəzifəsində təsdiq edilir.
Həmçinin həmin müddətdə A. Bədəlov bu vəzifə ilə bərabər Birliyin yeni yaradılmış Ekologiya institutunda ödənişsiz direktor müavini vəzifəsinə təyin edilir və Birliyin baş direktoru T.İsmayılov Ekologiya institutu ilə “Xəzər”in birgə fəaliyyət istiqamətləri barədə əmr verir.

Qeyd edək ki, bu yazılanların hər biri sənədlərlə təsdiqlənir.
20 noyabr 1991-ci il tarixdə T.İsmayılov faciəvi şəkildə həlak olur. Atamın vəfatından sonra bütün bu müddət ərzində isə “Xəzər” Globus Plaza, Zaqatala şəhər stadionu və bir çox digər iri tikintiləri apardığına baxmayaraq Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi. Bildirirdi ki, iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizə olduğu bütün öhdəlikləri ödəyəcək.

Lakin 2013-cü ilin fevral ayından Agentliyə sədr vəzifəsinə təyin olunandan sonra A.Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. Anam Lalə İsmayılova A.Bədəlovun iş yerinə gedərək ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi. A.Bədəlov anama hədə-qorxu gələrək aşağıdakıları bildirdi:

“T.İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmamışdır. Mənə Moskvanın Siyasi Bürosu Bakıda T.İsmayılovu güdməyi tapşırmışdır. İşimi yaxşı gördüyümə görə Siyasi Büro “Xəzər”i mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və “Xəzər”in məsələsini qaldırsanız, sonradan peşiman olaçaqsız”.

Bundan sonra ailə vəkillər vasitəsi ilə araşdırmalara başlayıb və “Xəzər”in saxtakarlıq yolu ilə mənimsənilməsini aşkar edib. “Xəzər”də baş verən saxtakarlıqlar aşağıdakı ardıcıllıqla həyata keçirilib.

Nazirlər Kabinetinin məlum qərarından sonra 1995-ci ildə bütün müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçməsi öhdəliyi yaranır. 03.03.1995-ci il tarixli “Xəzər”ə dair 1 nömrəli saxta iclas protokolunu əldə etmişik. (Qoşma 5- bax 5-ci sənədə) Bu protokolda “Xəzər”in 6 (altı) nəfər müdiriyyətinin iştirakı göstərilib, lakin onların adları və imzaları yoxdur.

Protokolda “Xəzər”in nizamnaməsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi qərarının qəbul edildiyi göstərilir. Bundan sonra 10.08.1995-ci il tarixdə “Xəzər”in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır (Qoşma 6 – bax 6-cı sənədə).

akimA.Bədəlov və üç nəfər qohumu (həyar yoldaşı Akifə MöVsümova, onun əmisi oğlu Şahin Mövsümov və Akim Bədəlovun bacısı oğlu Rizvan Vəliyev-red. ) “Xəzər”ə dair təsis müqaviləsi bağlayır.

Müqaviləni bağlayanlar təsisçi elan edilir və müqavilə üzərinə 29.08.2015-ci il tarixdə Bakı şəhəri 34 saylı notariat kontorunun təsdiq ştampı vurulur.

Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə etdiyimiz məktub və notariat reyestr kitabından çıxarışda göstərilir ki, 34 saylı notariat kontorunun təsdiq ştampında göstərilən 3654 saylı əməliyyat müqavilə iştirakçılarından biri olan R. Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq edilməsidir.

Hüquqi cəhətdən heç bir qüvvəsi olmayan bu müqavilə “Xəzər”in 06.03.1991-ci il tarixdə 8 saylı iclas protokoluna əsasən qəbul edilmiş nizamnaməsinə tam ziddir və müəssisənin qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin bütün sonrakı sənədləşmədə saxta təsis müqaviləsi müvafiq dövlət qurumlarında əsas kimi qəbul edilir və 25.09.1995-ci il tarixdə “Xəzər”in saxta nizamnaməsi Ədliyyə Nazirliyində yeni sahiblərin adı ilə qeydiyyatdan keçərək qeydiyyat şəhadətnaməsi alır.

tofiq“Xəzər”in qanuni 1991-ci ildə qəbul edilmiş və 1995-ci ildəki saxta nizamnamələrindən aydın görünür ki müəssisənin adı, hüquqi ünvanı və bank hesabı eynilik təşkil edir. Hüquqi ünvanların bir olduğunu A.Bədəlovun 11.02.1993-cü il tarixdə “Xəzər”ə məxsus obyektdə mağaza açılması üçün Binəqədi rayonu İcra Hakimiyyətinə icazə verilməsi üçün ünvanladığı məktub və məktuba müsbət cavab subut edir. “Xəzər”in hüquqi ünvanı yalnız 08.12.2004-cü il tarixdə dəyişdirilmişdir.

Bundan sonra “Xəzər”ə məxsus torpaq və tikili qanunsuz olaraq müəssisənin balansından çıxarılmışdır. Atamın vəfatından sonra “Xəzər”in bank hesabında külli miqdarda vəsaitlər qalmışdır.

“Xəzər”in təsisçiliyi ilə əlaqədar saxtakarlıqlar növbəti illərdə davam etmişdir. Belə ki, 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır və 11.08.2010-cu il tarixdə “Xəzər”in yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına alınmışdır.

Hal-hazırda “Xəzər”də 50% pay A.Bədəlovun arvadı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsusdur.

Yuxarıda sadalanan faktlar tam çılpaqlıqla subut edir ki, hazırda fəaliyyət göstərən “Xəzər” 1991-ci ildə təşkil edilən müəssisədir və saxtakarlıq yolu ilə qanuni sahiblərindən alınıb. “Xəzər”in qanuni sahiblərinin adları, o cümlədən əsas payçı kimi mənim adım,1991-ci ilin nizamnaməsində qeyd edilən 8 saylı protokolda göstərilib. Lakin atam faciəvi şəkildə həlak olduğuna görə protokolun nüsxəsini ailəsinə vermək imkanı olmamışdır. Ailəmiz A.Bədəlovun sözləri və vədlərinə inanaraq, onu mərhum atama sadiq insan kimi tanıyırdı və ondan heç bir sənəd tələb etmirdi.

Bütün instansiya məhkəmələrində mən A.Bədəlovdan o dövrdə “Xəzər”in direktoru olduğuna görə 8 saylı protokolun məhkəməyə təqdim edilməsini tələb etmişəm. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri adekvat arayışlar təqdim edilib. Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunmasına, işdə cinayət əməllərini subuta yetirən faktların olduğundan Prokurorluğa göndərilməsi ilə əlaqədar vəsadətimizə baxmayaraq qətnamələrdə saxtakarlıq faktları barədə bir kəlmə belə yazılmamışdır. Həmçinin məhkəmə “Xəzər” yaradılan dövrdə Birlikdə işləyən və “Xəzər”də mənim əsas pay sahibi olduğum barədə dəqiq məlumatı olan şahidlərin ifadələrini qəbul etməmişdir və iddiamı rədd etmişdir.

Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyev Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin nəzdində olan “Azalternativenerji” MMC-nin direktor vəzifəsindədir. Həmin Agentliyə isə onun dayısı Akim Bədəlov rəhbərlik edir. R.Vəliyev dayısı A.Bədəlovla birlikdə “dərin dövlət” klanının himayəsi sahəsində uzun illərdir Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçirməkdədirlər. Tikinti şirkətinin adı “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəzin tikdiyi obyektlər sırasında Zaqatala şəhər stadionu, Globus Plaza, City Developer MMC-nın obyektləri, Ali Məhkəmənin binası və bir çox digər obyekt və yaşayış binalarıdır.

A.Bədəlov Ali Məhkəmənin sədri Ramiz Rzayevin qudasıdır. Bu günlərdə ölkə mətbuatında MTN-nın sabiq rəhbərliyinin sifarişi ilə bir çox günahsız sahibkarlara böhtan və uydurma ittihamlarla məhkəmələrdə cinayət hökmü çıxarıldığı barədə şok məlumatlar verilir. Ali Məhkəmənin rəhbəri bu qanunsuzluqlardan heç də məlumatsız deyildi. R.Rzayevin oğlunun Brüsseldə Beynəlxalq Bankın Avropa filialinda rəhbər vəzifə tutmasıda təsadüf deyil.
“Xəzər” Mərkəzinin yaranması və saxtakarlıq yolu ilə mənimsənilməsi barədə şok məlumatlar əldə etmişik. Mərkəzi 1989-cu ildə Binəqədi (o vaxt Kirov) rayonu Komsomol komitəsi nəzdində mərhum akademik Tofiq İsmayılov yaratmışdır. T.İsmayılovun rəhbərlik etdiyi Kosmik Tədqiqatlar EİB-də elmi işçi vəzifəsində işləyən A.Bədəlov Mərkəzə icraçı direktor seçilmişdir. Mərkəzin gəliri bütünlüklə Kosmik Tədqiqatlar EİB-nin sifarişləri və ödəmələri hesabına formalaşırdı. Həmçinin T.İsmayılovun rəhbərliyi ilə Mərkəzdə alternativ energetika, o cümlədən günəş panelləri üzrə elmi və eksperimental layihələr həyata keçirilirdi.

1991-ci ildə “Xəzər” Mərkəzi Komsomol komitəsinin nəzdindən çixaraq kollektiv mülkiyyət formasında yenidən təşkil edilmişdir və Mərkəzin əsas payçısı akademik T.İsmayılovun qızı Səbinə İsmayılova olmuşdur. A.Bədəlov Mərkəzə yenidən icraçı direktor seçilmişdir. Erməni terrorunun qurbanı olan T.İsmayılovun faciəvi ölümündən sonra “Xəzər”in tikili və torpaq sahəsi, çox qiymətli avadanlıqları, hesabında külli miqdarda vəsaitləri olmuşdur.

Ona olan etibardan istifadə edərək bu müddət ərzində A.Bədəlov ailəyə müəyyən ödənişlər edirdi, lakin 2013-cü ildə Agentliyə sədr vəzifəsinə təyin ediləndən sonra öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Bundan sonra mərhum akademikin ailəsi vəkillər vasitəsi ilə Dövlət arxivlərindən “Xəzər”in sənədlərini qaldıraraq müəssisənin saxtakarlıq yolu ilə mənimsənilməsini aşkar ediblər. Saxta sənədlərlə “Xəzər” Akim Bədəlov, Rizvan Vəliyev və digər qohumlarının təsisçiliyinə keçmişdir.

Mərhum akademikin ailəsi 2014-cü ildə məhkəməyə müraciət etmişdir. Lakin bütün məhkəmə instansiyaları cinayət və saxtakarlıq faktlarına göz yumaraq ailənin əleyhinə qərar çıxarmışdır. Cinayət və saxtakarlıqların ört-basdır edilməsində A.Bədəlova onun qudası Ali Məhkəmənin sədri Ramiz Rzayev dəstək olmuşdur.

(ardı var)

AzToday.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam