Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun göz yumduğu növbəti "yaşıl terror" - Adil Vəliyevi nə bağlayır?/VİDEO

Binəqədi rayonu, Mir Cəlal küçəsində 9 mərtəbəli binanın qarşısındakı ağaclar kəsilib.

Yenixeber.org: Ağacların yerində obyekt tikiləcək. Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Bırliyi baş verənlərə göz yumur.

Binəqədi rayonu, Mir Cəlal küçəsində  9 mərtəbəli binanın 1-ci mərtəbəsinin qarşısındakı ağaclar "yaşıl terror"a məruz qalıb. Redaksiyamıza daxil olan məlumata görə, sözügedən evin qarşısında yeni bir obyekt tikilməsi gözlənilir.  Bu səbəbdən də həmin ağaclar  kəsilərək yeri genişləndirilir. Çünki "qonşudan qalma geri" prinsipi ilə o sırada daha bir obyekt öz yerini tutacaq. 

Ötən yazımızda oxşar halın  Yasamal rayonunda yaşandığı barədə məlumat vermişdik.

Həmin yazıda qeyd edilirdi ki, baş verənlər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçmiş direktoru Həsrət Əmrahovun dövrünə təsadüf edir və o, elə bu əməllərinə görə tutduğu vəzifədən azad edilib. Hazırda onun səlahiyyətlərini müavini Mirdamət Seyidov icra edir. Görünən odur ki, cənab Seyidov Həsrət Əmrahovdan fərqlənmir. Binəqədidə ağacların kəsilməsi məhz onun direktor əvəzi olduğu vaxtdan başlayıb. Redaksiyamıza daxil olan məlumatlarda həmçinin iddia edilir ki, kəsilən ağacların yerində obyekt tikmək istəyən Həbib adlı şəxsdir.

O mətbuatda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi göstərilib. 
Bir müddət əvvəl mediada bu şəxsin korrupsiya cinayətinə görə həbs edildiyi barədə məlumatlar yayılıb. Ətrafda yaşayan sakinlər redaksiyamıza baş verənləri əks etdirən foto və videolar da göndərib.

Həmin görüntülərdəki  çalaların yerində ağaclar olub və kəsilib. 

Sözügedən görüntüləri təqdim edirik:

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(32gün.az)

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun göz yumduğu növbəti"yaşıl terror" əməliyyatı ilə Adil Vəliyevi nə bağlayır? (Video + FOTO)

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun göz yumduğu növbəti"yaşıl terror" əməliyyatı ilə Adil Vəliyevi nə bağlayır? (Video + FOTO)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam