Ölkəmizdə istifadə olunan dərmanların, tibbi preparatların BAHA, həm də keyfiyyətsiz, vaxtı keçmiş olması barədə nəinki mediada, hətta Milli Məclisin tribunasından millət vəkilləri dəfələrlə sözün həqiqi mənasında od püskürüblər. Milli Məclisin üzvü Vahid Əhmədov və digərləri deyir ki, biz özümüzə lazım olan dərmanları Türkiyədən gətizdiririk, çünki ölkəmizdə həmin dərmanlar Türkiyədəkindən ən azı 4-5 dəfə bahadır.
Yenixeber.org: Təsəvvür edirsiniz, 4-5 dəfə, yəni 400-500 faiz... Bahalılığı qalsın bir tərəfə, bütün xəstələr şikayət edir ki, dərmanlar keyfiyyətsizdir, çoxunun vaxtı keçib və s...
Bütün bunlar azmış kimi apteklərdə qadağan olunmuş dərmanlar satılır, hansı ki, o dərmanlar məhz həkimin rəyi və yazdığı resept əsasında satılmalıdır. Söhbət PSİXOTROP dərmanlardan gedir...
Onu da qeyd edək ki, tibbi sahədən anlayışı olmayan, əczaçılıq sahəsində elementar savadı olmayan adamlar apteklər şəbəkəsi açır, milləti saxta dərmanlar ilə zəhərləyirlər...
Belə apteklərdən biri də sakinlər arasında “Elnur” adlandırılan apteklər şəbəkəsidir. Məlumat üçün qeyd edək ki, bu obyektlərin rəsmi adı “Sonar Farm” MMC-dir. Bu apteklər şəbəkəsinin sahibi Elnur İsgəndərovdur.
Elnurun özü Tibb Universitetinin məzunu olub və valideynlərindən hansısa həmin Universitetdə dərs deyib. 2001-ci ildə Elnur bir qrup şəxslə saxta dərman satışı ittihamı ilə həbs edilib. Həmin dəstə üzvləri dərmanların tərkibini və qutularını saxtalaşdırmaqla məşğul olurmuş. Bir neçə il həbsdə qaldıqdan sonra, Elnur yenidən azdalığa çıxıb elə “Azadlıq” prospektində öz dərman biznesini davam etdirib.
O, hazırda dərman manopoliyasının bir hissəsinə nəzarət edən ən varlı adamlardan biridir. Təsəvvür edirsiniz, Elnur İsgəndırovun başçılığı ilə cinayətkar dəstə VAXTI KEÇMİŞ dərmanları əhaliyə satmaq üçün MƏTBƏƏLƏRDƏ saxta içlik və üzərində saxta tarix olan qutular düzəltdirib köhnə dərmanları təzə adı ilə əhaliyə satırmışlar.
Yəni əhalinin sağlamlığına dəhşətli zərbə vururmuşlar. Bu dəstə başda Elnur olmaqla həbs olunsa da, az müddət sonra Elnur azadlığa çıxıb, amma mətbəə işçiləri həbsxanada qalıb. İndi gördünüzmü, cinayətin sifarişçisi azadlığa çıxır, adi mətbəə işçiləri isə hələ də cəza çəkir.
Elnur təkcə azadlığa çıxmadı…
Həbsdən azad olunan Elnur İsgəndərov şəbəkəsini və cinayət əməllərini daha da genişləndirməyə başladı. Əlbəttə, Elnur elə-belə azadlığa çıxmadı, onu azadlığa çıxardan və ona şərait yaradan şəxslər var idi. Elnur İsgəndərovun apteklər şəbəkəsində dövlət tərəfindən QADAĞAN olunmuş Lyrica, Tramadol, Tropin, Contramal kimi psixotrop dərmanları satılır.
Bəli, bu dərmanlar Azərbaycan gənclərini zəhərləyir, məhv edir. Amma əvəzində Elnur kimilər milyonlara sahib olurlar.
Şikayətçilərdən biri yazır ki, nervpotoloqun xəstə üçün 2 ay müddətinə təyin etdiyi "ALYSE" dərmanını aptekçilər bilərəkdən az verdi. Reseptdə 2 aylıq göstərilsə də, 1 aylıq verməklə özləri üçün 4 qutu dərmanın qeyri-qanuni satışını mənim reseptimlə qanuniləşdirdilər. Aptekdə olarkən inadla onlara “Alyse” dərmanını 2 aylıq verməsini tələb etsəm də, məni qutu sayı ilə aldatdılar və resepti özlərində saxladılar.
Bu cür faktlar mediada kifayət qədərdir. Görəsən, adi vətəndaşların gördüyü və sosial şəbəkələrdə paylaşdığı bu cür informasiyaları dövlət qurumları niyə görmür, bəlkə görmək istəmir..?(Gundelik-bakı.com)