Zakir Fərəcovun Paşabank və Gömrük maxinasiyalarının ilginc detalları
“Paşa Bank” Açiq Səhmdar Cəmiyyəti (ASC) Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verib. “Azərbaycan Reallığı” xəbər verir ki, Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır. İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.
Yenixeber.org: Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəcov Novruz oğludur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına da məhdudiyyət qoyulub. Elgiz Fərəcovun adı Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində də hallanıb. Sözügedən cinayət hadisəsinə görə həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra rezonas doğuran hadisələrdə də keçib. Sonradan isə o öz işini heç nə olmamış kimi Abşeronda olduğu kimi Sumqayıt şəhərində də davam etdirib.
Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son həftələr ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. Adətən belə xronologiya həmin məmurun president tərəfindən işdən azad edilməklə cəzalandırılması ilə müşayiət olunur. Bu dəfə də nəticənin eyni olacağı gözlənilir. “Sumqayıtın Elmar Vəliyevi” adlandırılan Z.Fərəcovun son problemi ilə bağlı ilginc məlumatlar əldə etmişik. Gələn məlumatlar arasınd maraq doğuran məlumatlardan biri də Sumqayıt şəhər icra hakimiyyətinin Dövlət Gömrük Komitəsinə 3 mln, Paşabanka 4 mln.800min manat borclu olmasıdır. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin məlumatına görə bu pulların Z.Fərəcovun yaxın qohumu olan mərhum Xannı Rəsulava verildiyi bildirilir. Məsələ ilə bağlı o dövrdə ölkə mediasında yer alan xəbərdə deyilir: “dövrü mətbuatda “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Xannı Rüstəmovun ölkədən qaçdığı barədə məlumat yayılıb. Həmin xəbərlərdə Xannı Rüstəmovun külli miqdarda pul götürərək güya ölkəni tərk etməsi önə çəkilib. Əslində onun ölkədən qaçması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və Zakir Fərəcovun nəzarətindən heç Yalamaya qədər də gedə bilməz”.(cumhuriyyet.net)