Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ağdamın da öz oliqarx-məmuru var imiş... -Büdcə pulları belə xırıd edilir...

Ağdamın da öz oliqarx-məmuru var imiş...
Ağdam icra hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev özünə ancaq günorta istirahəri üçün istifadə etdiyi dəbdəbəli ev tikdirib.
Yenixeber.org: Məmurların qanunsuz olaraq bizneslə məşğul olmaları ilə bağlı demək olae ki, həe gün yazılar dərc olunur. Amma bu demək olar ki, heç nəyi dəyişmir və məmur biznesi çiçəklənməykdə davam edir. Bu bir tərəfdən qanunlarda olan boşluqlarla əlaqəlidirsə, ölkəmizdə topdağıtmaz məmur bizneslərinin ayaq tutub yeriməsinin digər və əsas səbəbi onların elə məmur olmalarıdır.
Qanunsuz biznesə sahib olan məmurları cəzalandıracaq şəxslərin də məmur olmaları və onların da çox saylı biznes obyektlərinin olması ölkədə bu sahədə cəzasızlıq “preambulası” formalaşdırıb. Yəni heç kəs “öz oturduğu budağı baltalamaq istəmədiyi” üçün yaranmış vəziyyət də normal, hətta təbii qəbul olunur. Ancaq gözdən düşdüyünə görə vəzifədən getmiş məmurlardan qanunsuz biznesə görə hesab sorulur ki, bu da problemin nə qədər dərində olmasından xəbər verir.
Ancaq biz media olaarq öz işimizi görməli və vətəndaşın “boğazında kal armuda” dönüşən məmurların qabunsuz bizneslərini xalqın diqqətinə çatdırmalıyıq. Bu da bizim vəzifə borcumuzdur.
Bu günkü “qonağımız” isə Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyevdir. Öncəliklər tanışlıq üçün qeyd edək ki, ağdamlıların “pendir kralı” dedikləri Allahverən müəllim çox-çox uzun illərdir ki, Ağdamda başçını birinci müavini işləyir və o, çoxlu sayda başçı yola salıb. Amma nə hikmətdirsə, yeni gələn heç bir başçı Allahverən müəllimi yola sala bilməyib. Başçılar Allahverən müəllimin təsiri altına düşüb işləyirlər və bəlkə də buna görə onları tez birzamanda vəzifələrini itirirlər. Demək olar ki, heç biri də başqa rayona transfer olunmur, sadəcə evlərinə yola salınırlar.
İşlədiyi uzun illər boyunca Allahverən Əliyev vəxifə səlahiyyətlərində sui-istifadə edərək özünə və ailə üzvlərin çox saylı qanunsuz bizneslər qurub, mülklər tikdirib.
Biz bu bügün Allahverən müəllimin ancaq Ağdamda hamı tərəfindən bilinən biznesini təqdim edirik. Bu bizneslərin və mülklərin hamısı Allahverən Əliyevin yaxın ailə üzvlərinin adına açılıb. Bunların arasında Allah verən müəllimin dəbdəbəli istirahət evi (bu evdən cənab Allahverən Əliyev ancaq günorta saatlarında istifadə edir), yüzlərlə hektar torpaq sahəsi, böyük heyvandarlıq kompleksləri, mağaza və marketləri, pendir istehsal edən sexləri (yerli sakinlər bu oendir sexlərinin çirkab suyundan cana doyublar) və digər biznes obyektləri aiddir.

Siyahını şəkillərlə təqdim edirik:

1.Allahverən Əliyevin istirahət eviAğdamın “pendir kralı” kimi tanınan nəmurun qanunsuz biznesi...

Ağdamın da öz oliqarx-məmuru var imiş...

2.Allahverən Əliyevin Çəmənli kəndindəki pendir sexiAğdamın “pendir kralı” kimi tanınan nəmurun qanunsuz biznesi...

Ağdamın da öz oliqarx-məmuru var imiş...

3.Allahverən Əliyevin Çəmənli kəndindəki mağazasıAğdamın “pendir kralı” kimi tanınan nəmurun qanunsuz biznesi...

Ağdamın da öz oliqarx-məmuru var imiş...

4.Allahverən Əliyevin Çəmənli kəndindəki formasıAğdamın “pendir kralı” kimi tanınan nəmurun qanunsuz biznesi...

Ağdamın da öz oliqarx-məmuru var imiş...

5.Allahverən Əliyevə məxsus fermaAğdamın “pendir kralı” kimi tanınan nəmurun qanunsuz biznesi...

Ağdamın da öz oliqarx-məmuru var imiş...

6.Allahverən Əliyevə məxsus əkin sahələriAğdamın “pendir kralı” kimi tanınan nəmurun qanunsuz biznesi...


Ağdamın da öz oliqarx-məmuru var imiş...

Qeyd edək ki, bunlar yalnız Allahverən Əliyevin Ağdamda mövcud olan mülk və biznes, torpaq sahələridir. Onun qonşu rayonlarda və Bakı şəhərində də çox saylı mülkləri və biznes obyektləri var.

Bunlardan əlavə “pendir kralı”nın şaxta diplomlu oğlu Sahil Əliyev pambıq məntəqəsində işləyərkən 170 min manatlıq yeyintiyə görə ona qarşı istintaq işi aparılsa da, sonradan o işdən heç bir xəbər çıxmadı. Bu haqda da növbəti yazımızda ətraflı yazacağıq. //realxeber.com//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam