Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əli Həsənovun Emil və Ozal qardaşları vastəsilə məhv etdiyi Azərbaycan jurnalistkası -ATƏŞLƏ OYNAMA!

Mediada “reket jurnalist”lərin sayı artmaqda davam edir. Bu hal, xüsusilə də bölgələrdə daha geniş vüsət alıb. İnsanlar bu “jurnalist”lərdən cana gəldiklərini deyirlər. Vəziyyət o həddə çatıb ki, artıq cəmiyyət ciddi jurnalistləri də “reket” kimi görür. Necə deyərlər, qurunun oduna yaş da yanır.
Yenixeber.org: Hüquq-mühafizə orqanlarının bu hallara qarşı mübarizəsi ən mühüm işlərdən biri olmalıdır. Ötən illərdə Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi və “reket jurnalistika” şəbəkəsinə daxil olanların həbsi hər kəsə məlumdur.
Müqavimət olmayanda, onlara qarşı tədbir görülməyəndə onlar şəbəkələşir və ciddi mətbuat orqanlarından sui-istifadə edirlər. Jurnalist peşəsi şərəfli peşədir. Elə məclislərdə, elə qəzetlərin adını eşidirik ki, heç o qəzetlər haqqında təsəvvür belə olmur. 
Baxırsan ki, həmin orqan “reket”dir və onu tərifləyən də “reket”dir. Bax, budur problem. "İşverən”, gizli səs yazan jurnalistlər yenə ortaya çıxdı. Özü də son günlər jurnalistlər üçün tikilən binanın paylanması istiqamətində aparılan müzakirələr fonunda.
Mediada yeni xəbər kimi bir neçə quruma işləyən xüsusi mətbuat orqanlarının mövcudluğundan bəhs edilir. Demək bu “qoçaq”lar havadarlarından aldıqları siyahıya əsasən iş adamlarından material hazırlayır, aidiyyatı qurumlarda mətbuatın qaldırdığı məsələyə “laqeyd” qalmayaraq öz üslubları ilə reaksiya verirmiş. Və indi həmin jurnalistlərin də “yükünü yaş odundan tuturlar”, istintaqa çağırılacaqlar. 

Dərd ondadır ki, ikinci “işverənlik” başlayır, kimdən xoşun gəlmirsə, söylə getsin adını...

Məsələn Sfera.Az saytının rəhbəri Ozal Məmmədov qardaşı “Azərbaycan-Azerbaijan” facebook səhifəsinin admini Emil Məmmədov. Di gəl, nə deyəsən? 
Bizi narahat edən məsələnin bu tərəfi deyil, qoy acı soğan yeyənin içi göynəsin. Narahatlıq ondadır ki, bu mətbuatın dəfələrlə qaldırdığı yüzlərcə problemlər var, niyə ona heç reaksiya verən olmur?
Bir vaxtlar Pirezdentin keçmiş köməkçisi Əli Həsənovun sifarişi ilə işləyən, bir sözlə onun şəxsi "işverəninə" çevirilmiş, Əli Həsənovun sifarişi ilə xoşları gəlməyən jurnalistləri siyasətçiləri ləkələyərək onların səsini yazıb özlərinə yaxın hüquq-muhafizə orqanlarına ötürərək hal-hazırda isə yenidən vəzifəsin itirməyib Əli Həsənova yaxın olan bəzi şəxslərin maliyyə dəstəyi ilə Sfera.Az mətbuat orqanının olması heç kimə sirr deyil.

Bir sözlə Emil və Ozal qardaşlarının saytlarına və adminlik etdiyi qruplara, həmçinin səhifələrə baxsanız görərsiniz ki, kimlərinsə təbliğini aparırlar.
Lakin onların “işverən” dostlarının siyahısı da heç də qısa deyil. İki məmurun, müxtəlif dövlət strukturlarının əlində alətə dönən bu qardaşlar həqiqətən də nazirlikləri də bir-birinə düşmən etməyə çalışır. 
İndi isə keçmiş day-daylarının aqibətinin heçdə yaxşı olmayacağını görən bu qardaşlar öz düşüncələri ilə ölçsək özlərini sıgortalamaq üçün hara çatırlar prezidentin köməkçisi Hikmət Hacıyevin adından istifadə edirlər. Hətta Ozal Məmmədov adlı qardaşlardan biri jurnalistlərin Ağdam səfəri zamanı Hikmət müəllimlə çəkdirdiyi fotonu paylaşaraq bəzi şəxslərə güc nümayiş etdirdiyini sanır.

Özləri yazı yaza bilməsələr də saytlarında dərc olunan sifarişli məqaləyə baxan həssas oxucu bunu elə oxuduğu materiala baxan kimi hiss edir. Sadəcə maraqlı budur, əgər elə bizlər oxuduğumuz yazıdan rüşvət, “işverənlik”, şantaj “iyi” hiss ediriksə, necə olur ki, səlahiyyətli şəxslər bunu duymur?

Bəzi məmurların, imkanlı şəxslərin kimlərəsə “sillə vurmaq” üçün mətbuat orqanı yaratması da bəllidir. Üz qaramızdılar, nə deyək ki?

Vallah bəzən rayonlarda olanda media nümayəndəsi olduğumuzu demirik, utanırıq. Əyalətdə qapı-qapı düşüb min oyundan çıxan o qədər jurnalistdən söz açırlar ki, adam qalır mat-məətəl. Amma sevinmək olar ki, aramızda xeyli peşəkar media nümayəndəsi, işinə və mənliyinə hörmət edənlərimiz də var.  
Lakin bizlər bəzən elə bu nazirliklərin “işverənlər”-nin az qala ayağı altında qalırıq, böyrümüzdən “külək kimi” ötüb layiq olmadıqları mərtəbələrə keçənləri də olur. Amma adları üstlərində qalır -  “İŞVERƏNLƏR”.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam