Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Radiasiya Problemləri İnstitutunda ALİMANƏ YEYİNTİ -DE-FAKTO

balkaneu.com
Radiasiya Problemləri İnstitutu 2022-ci ilin aprel ayının 5-dən 2023-cü ilin may ayının 25-dək 5 dəfə "cari təmir" lotu üzrə satınalma həyata keçirib.  
Yenixeber.org: Bu satınalmaların ümumi məbləği 97.360 manat edib: 
Radiasiya Problemləri İnstitutunun 2022-ci ilin aprel ayının 25-də "cari təmir" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 23.506 manat, bu satınalmanın qalibi isə Museyibli Nicat Taleh oğludur.  
İnstitutun "cari təmir" lotu üzrə növbəti satınalması 2022-ci ilin iyun ayının 3-də keçirilib. Bu satınalmanın məbləği 24.925 manat, qalibi isə "Best Lider" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
"Best Lider" MMC 2022-ci ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Tağıyev Şükran Nicat oğludur.
"Best Lider" MMC-nin fəaliyyət profili, maddi texniki bazası, işçilərinin sayı, müvafiq lisenziyaları barədə heç bir məlumat yoxdur. 
 
  
Radiasiya İnstitutu 2022-ci ilin avqust ayının 31-də "cari təmir" lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 24.560, qalibi isə "EM PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "EM PROYEKT" MMC (VÖEN: 1307407171) də İnstitutun digər satınalmasının qalibi elan edilən "Best Lider" MMC kimi şübhəlidir. Belə ki, bu şirkətin də fəaliyyət profili, işçiləri, iş təcrübəsi, müvafiq lisenziyaları barədə məlumat yoxdur. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128, mənzil 0, qanuni təmsilçisi isə Zahidov Nicat Şökət oğludur. 
 
   Nicat Zahidov kimdir?
 
 
Radiasiya Problemləri İnstitutunun qalib elan etdiyi "EM PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Zahidov Nicat Şökət oğlu barədə Qlobal.az məlumat əldə edib. 
Məlumata görə Nicat Zahidovun ümumiyyətlə "EM PROYEKT" Məhdud Məsuliyyətli Cəmiyyətindən xəbəri yoxdur. 
Qubadlı rayonundan məcburi köçkün olan Nicat Zahidov ailəsi ilə birlikdə acınacaqlı durumda Sumqayıt şəhərində məskunlaşıb. 
 "EM PROYEKT" MMC ilə Radiasiya Problemləri İnstitutu arasında imzalanmış satınalma müqaviləsinin icrası barədə araşdırma aparmışıq. Əldə etdiyimiz məlumata görə Radiasiya Problemləri İnstitutu "Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun bir sıra maddələrini pozaraq iştirakçıdan ixtisas uyğunluğuna dair sənədi tələb etməyib. Bu barədə əldə etdiyimiz məlumatı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də təsdiq edir.
 
"İddiaçı təşkilatdan ixtisas uyğunluğu tələb edilməyib"
 
             Əhməd Həsənov 
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrəndik. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənovun müracitəimizə göndərdiyi cavabında deyilir:
""Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən satınalma prosedurlarında iştirak etmək üçün podratçıların ixtisas göstəriciləri müəyyən meyarlara uyğun gəlməlidir. Lakin, Radiasiya Problemləri İnstitutu tərəfindən dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş kotirovka sorğusu şərtlərində ixtisas uyğunluğuna dair sənədlər tələb edilmədiyi müəyyən edilmişdir. 
Dövlət Xidməti tərəfindən qeyd olunanlar nəzərə alınaraq keçirilmiş müsabiqənin nəticəsinin ləğv olunması və satınalmanın Qanunun tələbinə uyğun yenidən keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir". 
          Hesablama Palatası İnstitutun fəaliyyətini yoxlamayıb
 
         Tamerlan Yusifzadə

Proxy şəxsin qanuni təmsilçisi olduğu MMC-dən ixtisas göstəriciləri tələb etmədən sifarişçi olduu satınalmada qalib elan edən Radiasiya Problemləri İnstitutunun fəaliyyətinin audit edilib-edilmədiyi barədə Hesablama Palatasında mövqe öyrəndik. 
Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusif-zadənin Qlobal.az-a göndərdiyi məktubda Hesablama Palatasının 2022-ci ildə Radiasiya Problemləri İnstitutunda audit həyata keçirmədiyi deyilir. 
       İslam Mustafayev
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevdir.(Qlobal.az)
Cahandar Laçınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam