Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Şahin Bağırovu "TOPA TUTDU":"Çoxsaylı müraciətlərimizə baxılmır..."

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuranın üzvü Ramil Əliyev qurumun fəaliyyətini və yeni sədri Şahin Bağırovu sərt tənqid edib. 

Yenixeber.org: Ramil Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin nə əvvəlki, nə də indiki rəhbərliyi İctimai Şuranın üzvlərinin müraciətlərinə məhəl qoymur.
Onun sözlərinə görə, Şahin Bağırov "İctimai iştirakçılıq haqqında" qanunun tələblərini kobud şəkildə pozur, ölkə Prezidentinin tapşırıqlarının icrasına məhəl qoymur:
DGK yanında İctimai Şuranın üzvü Ramil Əliyev xatırladıb ki, "İctimai iştirakçılıq haqqında" qanun 2014-cü il iyunun 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilib:
"Bu qanunun tələblərini pozan şəxslər, Azərbaycan Respublikasının İzbati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu qanuna əsasən, 2021-ci il sentyabrın 21-də Dövlət Gömrük Komitəsində də İctimai Şuraya seçkilər keçirilib. Seçkidən sonra 2021-ci il oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin Katibliyinin keçmiş rəisi Anar Süleymanov bizi qəbul etdi. Ancaq bu görüşümüz zamanı bizə məlum oldu ki, Anar Süleymanov Dövlət Gömrük Komitəsində şəfaflığı təmin etmək üçün ictimai fəaliyyətimizi dəstəkləmək əvəzinə, bizim fəaliyyətimiz üzərində öz diqtəsini tətbiq etməyə çalışır. Həmin vaxtı keçirilən iclasdan sonra bizim faliyyətimiz üçün heç bir imkan yaradılmadı. Dəfələrlə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevə yazılı və şifahi müraciətlərimizə baxmayaraq, bu Şuranın faliyyəti kağız üzərində qaldı. Səfər Mehdiyev işdən azad olunduqdan sonra isə Şahin Bağırov yeni komitə sədri təyin olundu. 
          Ramil Əliyev
Şahin Bağırov işə başladıqdan sonra ümüd edirdik ki, cənab Prezident İlham Əliyevin Sərəncamını nəzərə alaraq, İctimai Şuranın fəaliyyətinə imkan yaradacaq. Bu ümüdlə aprel ayında Dövlət Gömrük Komitəsinin sədr mavini Bəhruz Quliyev, Cavad Qasımov, mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov tərəfindən görüşə dəvət edildik. Bu görüşdə sədr müavinləri bildirdilər ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətə başlaması qurumun yeni sədri üçün ən prioritet məsələlərdən biridir. Ən qısa zamanda fəaliyyətə başlamağımıza şərait yaradacaqlarına şəxsən komitə sədri Şahin Bağırovun adından söz verildi. Həmin görüşdən 3 aydan artıq vaxt keçsə də, İctimai Şura üzvlərinin Dövlət Gömrük Komitəsinə ünvanladığı çoxsaylı müraciətlərinə baxılmır. Beləliklə, Dövlət Gömrük Komitəsi rəhbərliyinin bizə verdiyi sözlər elə söz olaraq qaldı. 
Düşünürəm və sual edirəm ki, axı Dövlət Gömrük Komitəsi rəhbərliyi cənab Prezidentin Sərəncamına qarşı cıxmaq cəsarətini hardan alır? Bunları o vəzifəyə kimin təyin etdiyini unudublar? 
Yaxud da başları elə qarışıb ki, cənab Prezidentin Sərəncamlarını oxumağa vaxtları olmur".(demokrat.az)
Vaqif Hüseynli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam