Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İran nəşri Arazdakı ekoloji fəlakətdən yazıb -PROBLEM

İranın “Pəyame ma” qəzetində Araz çayının radioaktiv maddələrlə çirkləndirilməsinə dair məqalə dərc edilib.
Yenixeber.org: Məqalədə Araz çayının radioaktiv maddələr və ağır metallarla çirklənməsindən bəhs olunur. Qeyd olunub ki, çayda çirklənmə var və bunu artıq inkar etmək olmaz: “Araz çayı radioaktiv maddələr və ağır metallarla çirklənib, bu da sakinlər arasında onkoloji xəstəliklərin artmasına səbəb olub”.
Nəşrin yazdığına görə, çirklənmənin mənbəyi Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasıdır. Qəzetin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çirklənməyə səbəb olur. Eyni zamanda, məqalədə qeyd olunub ki, İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin çaydakı radioaktivlik çirklənməni araşdırmaması narahatlıq doğurur.
Bildirilib ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edib. Qeyd olunub ki, Araz çayının sərhədyanı ərazilərində yaşayan əhalidə suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəlikləri əhəmiyyətli dərəcədə artıb.
Araz sahillərində yaşayan sakinlər arasında xəstəliklərin, xüsusən də mədə xərçənginin artması ilə bağlı hesabatlar da var. O da vurğulanıb ki, Ermənistanla yanaşı, İran da Araz çayının ən böyük çirkləndiricisidir. Belə ki, İranda Süngün mis mədəni çirklənməni artırır.(APA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam