Nədən, Prezident Administrasiyasından üstünə göndərilən vətəndaş şikayəti məktublarını tualet kağızı hesab edirsən, Zakir Fərəcov?!
“Fərəc kirvənin” oğlu, dön, bir keçmişinə bax! Axı, sən, əvvəllər kim idin?!.
Yenixeber.org: Azərbaycanın üçüncü böyük şəhəri olan Sumqayıtın hazırkı rəhbəri Zakir Fərəcovun kimliyini, nəçiliyini, necə deyərlər, “nə yuvanın quşu” və nəyə qadir olduğunu, bilmək üçün, onun ilk vəzifə kreslosuna oturmazdan əvvəlki keçmişinə nəzər salmaq kifayətdir. Yetər ki, əsl həqiqətləri ortaya çıxara biləsən! Elə, kimliyi, nəçiliyi və nəyə qadir olduğu da, onda, tam təfsilatı ilə hər kəsə məlum olar. Bu halda, rəhmətlik Məmməd Arazın bir vaxtlar dediklərinin də, birbaşa, ona və onun kimilərinə aid olduğuna kimsədə şübhə yeri qoymaz:
— Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlıdayaz yaşayır…
Bu yerdə, bir el məsəlini misal çəkmək də yerinə düşər: “Köç geri qayıdanda, axsaqlar mütləq qabağa düşər!”. Elə, Zakir Fərəcov da, belə bir vəziyyətdə qabağa düşənlərdəndir. Sonu, vəzifə başındakı aqibəti necə olacağı isə, onunla hərtərəfli maraqlananların əksəriyyətinə indidən bəllidir. Doğrudan da, öz vəzifələrindən asılı olmayaraq, öz keçmişlərinin gizlinlərində gizlənən hər kəsin, o cümlədən, Zakir Fərəcovun başına nələr gələcəyi, artıq, onun özü və yaxın ətrafı kimi, çoxlarına məlum olub. Yeri gəlmişkən, onun keçmişinə tam bələd olanların “sandığı açıb, pambığı tökmələrindən” də, belə bir nəticə ortaya çıxır ki, keçmişi ilə, indisinin müqayisəsi Zakir Fərəcova yaxşı heç nə vəd etmir.
Belə-belə işlər!
Deyəcəklərimiz də, onun həyat və fəaliyyət xronologiyasındakı bəzi gizlinlərdir. Elə, götürək bunu: Rəhmətlik atası “Fərəc kirvənin” tez-tez qonşu rayonların kəndlərinə gedərək, oğlu Zakirə və qardaş-bacılarına köhnə pal-paltar istəməsini. Yanğılı və kədərli təsiri var. Elə, bu halda da, o yerlərə çatanda onu deyərmiş ki, kimlərin geyilmiş köhnə və lazımsız pal-paltarları varsa, versinlər, aparıb uşaqlarına əyin-baş eləsin!
Yuxarıdakı söz və ifadələr hesabına xüsusi olaraq qeyd etdiklərimizlə, araz.az xəbər portalının əməkdaşları olaraq, biz, öz keçmişi qaranlıqlarında gizlənən kiminsə kasıb keçmişinə lağ etmək istəmirik və bunu edəcək səviyyədə də deyilik. Amma yüksək vəzifələri nəyinsə hesabına ələ keçirib, qamarlayan hər kəs hərdən dönüb öz keçmişinə də baxmalıdır ki, bunlara görə, onun üçün müəyyən olunan cızıqdan çıxıb, harınlamasın. Amma çox təəssüflər olsun ki, indi bizim gözəl Azərbaycanımızda yüksək vəzifələr ələ keçirən Zakir Fərəcov və onun kimi xeyli iri məmurlar var ki, heç bir dəfə də olsun, dönərək, öz keçmişlərinə baxmaq istəməyiblər.
Bu yerdə, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, çox yaxından tanıdığımız, çoxdandır, külli miqdarda pullarını sələmə buraxıb, milyonlar əldə edən iri bir dövlət məmuru bizimlə söhbətində, səmimi şəkildə etiraf edib, deyirdi ki, kəndlərində uşaq vaxtı 15 qəpik pul tapmırmış ki, tay-tuşları ilə, kinoya baxmağa getsin — indi isə, pula pul demir! Elə, Zakir Fərəcov da, belələrindəndir. Di gəl ki, özünü elə aparır, guya, “Fərəc kirvə”nin deyil, keçmişdə kəndxuda olan birisinin oğludur!
Ay Zakir müəllim, axı, sənin mənsub olduğun ailənin və sənin özünün keçmişinizi, əslən Laçından və Qubadlıdan olan tanıyanlar az deyil. Bu yerdə, biz də, bir qələm sahibi olaraq, daha həssas məqamlara toxunmaq istəmirik. Necə deyərlər: “Qurşaqdan aşağı zərbə vurmaq bizə yaraşmaz!”. Sadəcə, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, amma sənin özün bu yöndən olan hər şeyi, həm də hər bir metodla rəhbər idarəçiliyi etməyi özünə yaraşdıra bilirsən. Çünki sən və sənin kimilər uşaq vaxtı mənəvi tərəfdən elə bir “travma” almısınız ki, bu gün milyonlarınız olsa belə, yenə bundan doyan və necə deyərlər, hər bir hərəkətiniz hesabına, pul qoparmaq eşqi ilə yaşayıb, fəaliyyət göstərməkdən əl çəkən deyilsiniz. Vəzifə başında indiyədək törətdiyiniz xoşagəlməzliklər də, deyilənlərin daha bir sübutudur və onu bir daha təsdiq edir ki, daha çox havayı pul əldə etmək eşqi sizin mayanızdadır və ortadakı, keçmişinizdən gələrək, həmişəlik bir “yadigar” olaraq qalan əsas aspektlərdən biridir.
Bir də, rəhmətlik “Fərəc kirvənin” özünün belə, yatsa yuxusuna da girməzdi ki, onun oğlu Zakir, nə vaxtsa, nəinki Sumqayıtın, hətta Laçının bir balaca kəndinin belə böyüyü ola bilər. Çünki, necə deyərlər, “öz pirinə bələd idi”. Amma zaman elə gətirdi ki, nəinki Zakir, hətta onun kimi çoxları, nəinki balaca bir kəndin, hətta böyük şəhərlərin belə rəhbər postlarını ələ keçirib, özlərinə uyğunlardan ibarət komandasıyla birgə, “ağına-bozuna baxmadan” bu şəhərlərdə nələr etmədilər.
Bu məqamda, dahi Hüseyn Cavidin (onun məzarını uzaq Sibirdən Ulu Öndər Heydər Əliyeb gətirdib, Naxçıvanda dəfn elətdirdi) xüsusi mənalı bir şeirindən bu misralar yada düşür:
— Nə əcaib sürü, yahu, bunlar,
Öndə rəhbərlik edir meymunlar.
Lətifəsi səndən uzaq olsun “Fərəc kirvənin” oğlu Zakir, bəli, zaman elə gətirdi ki, sənin kimilər, istədikləri kimi, böyük şəhərlərimizə rəhbərlik etməli oldular; Elə, indinin özündəki kimi! Tutduğun yüksək vəzifələr başında törətdiyin rüşvət və korrupsiya əməllərin, insanların haqqını yeməyin, başlarına oyunlar açmağın və s., və i. xoşagəlməz hallar, bizim, barəsində bəhs etdiyimiz bu mövzunun yanında çox kiçik görünür. Axı, biz sənə və sənin kimi yüksək vəzifə sahiblərinə bambaşqa bir prizmadan baxırıq. Çünki kimlərin, hansı sahibkarların, usta və fəhlələrin nə qədər halal pullar ölçülü haqqlarını yemisən, bunu bir sən bilirsən, bir də Uca Allahım! Və onu da bil ki, Böyük Yaradan, etdikləri haqsızlıqlara görə, heç kəsi bağışlayan deyil, içi sən qarışıq!
Sonda onu da qeyd etmək istəyirik ki, biz səni, yerlilərinin tanıdıqları “Fərəc kirvənin oğlu” kimi cəmiyyətə tanıtmaq istəyirik. Ki, qoy, cəmiyyət sənin keçmişini bilsin, nəyə qadir olduğunu müəyyən etsin. Ümumiyyətlə, “Fərəc kirvənin oğlu”, səninlə bərabər, sənin kimi yüksək vəzifə sahiblərinin ictimaiyyətə bəlli olan idarəçilik xoşagəlməzlikləri də, “üz qaralarınız” kimi məlumdur hər kəsə və əsasən, dövlətimiz Azərbaycanın qüdrətli inkişafına sarsıdıcı zərbələr kimi başa düşülür. Axı, Azərbaycan xalqı uzun əsrlərdən sonra, öz müstəqilliyinə qovuşub. İndi özünün müstəqil dövləti var. Axı, etdiklərinizin mənasını dərk etməlisiniz ki, bütün bunlar, dövlətimizin müstəqillik nüfuzu qarşısında əngələ çevrilən xoşagəlməz hallardır. Amma sən və sənin kimilər, bunu başa düşmək istəmirsiniz və vətəndaşların gözündə hakimiyyət nüfuzunu aşağı salırsınız.
Səndən Prezident Administrasiyasına şikayət edən və işlədib, haqqını vermədiyin iş adamlarına da deyirsən ki, hara yazırlarsa, yazsınlar, sonda şikayət xarakterli bütün müraciətləri ona göndərilir. Bu zaman, qorxub-çəkinmədən deməyin ki, sən də o şikayətlər yazılan rəsmi sənədləri tualet kağızı kimi istifadə edirsən, bu lap biabırçılıqdır. Sənin bu xoşagəlməz sözlərin Azərbacan dövlətinə, onun nüfuzuna qarşı yönələn xoşagəlməzliklərdən ən dəhşətlisidir. Gör, sən nə qədər özünə arxayınsan ki, vəzifə başında həddini bu qədər asmaqdan da, qorxub-çəkinmirsən. Prezident Aparatından gələn rəsmi məktublara tualet kağızı kimi baxmağın nə deməkdir, bunu özün də yaxşı bilirsən. Sənə hər şeyi bağışlasalar da, bunu bağışlamayacaqlar. Buna tam əmin ola bilərsən — bir az geci-tezi var! Sən də, buna görə, layiq olduğun yerdə oturacaqsan tezliklə. Ümumiyyətlə, hər yerdə deməyin ki, Sumqayıtı sənə “arendaya veriblər”, bu da, bağışlanası deyil. Zakir Fərəcov, sənə, yekun olaraq, onu deyirik ki, TUALET KAĞIZI məsələsi ilə bərabər, ARENDA söhbəti də, sənə, çox baha başa gələcək. Bunu qəti şəkildə deyirik, tam əmin olun!..(araz.az)
İlham ƏSƏDOV,
Fərhad MƏMMƏDOV
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.