Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsığorta” ASC -nin cinayətkar saxtalığına hüquqi qiymət verilmir -DE-FAKTO

   “Azərsığorta” ASC -nin cinayətkar saxtalığına hüquqi qiymət verilmir
NK-ya araşdırma aparıldığını bildirən sığorta şirkəti Hesablama Palatasının sorğusuna susur
Yenixeber.org: Azərbaycan Respublikası Prezidentinin 23.12.2021 tarixli, 1513 saylı fərmanına uyğun olaraq 1997-ci ilin avqustun 2-ə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik sığorta ödənişinin verilməsi ƏƏSMN -ə tapşırılıb. Keçən ilin ortalarından başlayaraq Qarabağ əlillərinə proaktiv qaydada əlillik dərəcəsinə uyğun 4400, 6600 və 8800 manat birdəfəlik ödəmələrin verilməsi həyata keçirilir. Bu sətirlərin yazarının qanpulunun hesabına keçirilməməsinin səbəbi son xidmət yerindən - DİN (Daxili Qoşunları) Hərbi Həkim Komissiyasının “Xəstəlik haqqında şəhadətnamə”sinin ƏƏSMN altsisteminə daxil edilmədiyi ilə izah edilib. 09.12.2022-ci ildə 26.05.2023-cü il tarixli 531 saylı “Xəstəlik haqqında şəhadətnamə”ni DİN ƏƏSMN-in altsisteminə daxil edəndən on gün sonra DSMF-dən zəng edib gələn vəsaitin hesaba köçürüləcəyini dedilər. Di gəl. ..
Bir il keçir, hələ də sığorta ödənişinin verilməsi gerçəkləşməyib. DSMF -dən üç ay qabaq 0125250664 nömrəsindən zəng edib, “Azərsığorta”nın 2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəməsi barədə məlumat verdiyini, sığorta şirkətindən arayış gətirməyin (?) gərəkliyini deyiblər. Bəyəm DSMF-in dövlət icbari şəxsi sığortaya cavabdeh qurumu uyğun arayışı almaqda acizdir? Nazirlər Kabinetindən əlilin müraciəti “Azərsığorta” ASC -yə göndərilib və Dövlət Sığorta Kommersiya Şirkətinin idarə heyətinin sədrinin müşaviri Ceyhun Qurbanlı bir aydan sonra 10.03.2023 tarixli məktubla bildirib ki, zəruri araşdırmalardan sonra əlavə məlumat veriləcək. Bəyəm hansısa araşdırmaya ehtiyac var? 19.03.2019-cu ildə 1-ci dərəcəli Qarabağ əlilinə 8800 manat ödəniş edilibsə, ödəniş tapşırığını, ödənilməyibsə, uyğun arayışı DSMF-ə təqdim etməyə neçə ay, neçə il gərəkir?
Üç ay keçib, hələ də nə Nazirlər Kabinetinin, nə DSMF-in sorğusuna cavab yoxdur. Hesablama Palatasının “Azərsığorta” ASC -yə və ƏƏSMN tabeliyində DSMF-ə ünvanladığı 14.04.2023-cü il tarixli sorğusu da hələ ki, cavabsızdır. Palatanın özünə cavab verilməsi istənildiyindən, “metro” Tağı demiş, “burcutmağın adı yoxdur”. Di gəl, hələ də “qanpulu - sığorta “burcutması” sürür . ..
Bəs deyirdilər heç bir sənədə, arayışa ehtiyac yoxdur, 30 il öncə axan qanın pulu proaktiv qaydada bank hesabına köçürüləcək?
Məğrur Bədəlsoy



Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam