Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

17 mərtəbəli binada 18-ci mərtəbə tikildi – “Sahil” MTK Arxitektura Komitəsini saymır? -FOTOFAKT

  

Xətai rayonu, Həsən Salmani kücəsi 17-də “Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb.

    Əvvəl

Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərdən şəhər panoramasının görünməsinə maneçilik tərətdiyi üçün quş qanadına bənzər bu tikilini söküblər.

Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

    Sonra

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, mövcud qanunvericiliyə əsasən Tikintiyə nəzarət Bakı şəhər Şəhərsalma və Memarlıq baş idarəsi tərəfindən həyata keçirilir. İcra Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir.

Qeyd edək ki, “Sahil” MTK əvvəllər Beynelxalq Bankda filial müdiri olmuş və hazırda iş adamı kimi fəaliyyət göstərən Fizuli adlı şəxsə məxsusdur. O Bakıda və bir sıra rayonlarda tikinti obyektlərinin, həmçinin “Səngər Qala Resort Hotel”nin sahibidir.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam