Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"RİCH" MTK şefinin yersiz ÖZGÜVƏNLİYİ... -İTTİHAM

           MTK şefinin yersiz ÖZGÜVƏNLİYİ... - İTTİHAM VAR!
Yenixeber.org: Məlumdur ki, 70 il yaşadığımız sovet dövlətində özəl mülkiyyət yox idi, bütün mülkiyyət dövlətə məxsus idi. Ona görə də müstəqillik əldə edən yeni dövlətlər, o cümlədən Azərbaycan Respublikası bazar iqtisadiyyatı, özəlləşdirmə yolunu tutdu. Yəni dövlətə məxsus əmlak ayrı-ayrı vətəndaşlara satılmağa başlandı. Məhz bu mürəkkəb və strateji məsələ, yəni özəlləşdirmə ilə bağlı Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə özəlləşdirməyə həsr olunmuş məşhur müşavirədəki çıxışı sözün həqiqi mənasında dəqiq kurs idi. Heydər Əliyev özəlləşdirmə ilə bağlı konkret prinsiplər ortaya qoymuşdu.
Birincisi, bəzi sahələr mütləq dövlətin nəzarətində qalmalıdır.
İkincisi, özəllşdirmədə hər bir vətəndaşın payı olmalıdır.
Üçüncüsü, özəlləşdirilən obyekt ilk növbədə kollektivin üzvlərinə təklif olunmalıdır, yəni səhmdar cəmiyyət…
Dördüncüsü, özəlləşdirilən obyektin profili dəyişdirilməməlidir.
Sözün düzü, Ulu Öndərin özəlləşdirmə məsələsi ilə bağlı qiymətli fikirlərinin hamısını bu yazıda vermək mümkün deyil. Amma fikir verdinizmi, özəlləşdirilən obyektin profili dəyişməməlidir. Heydər Əliyev 1995-ci ildəki müşavirədə qeyd edir ki, bəzi məmurlar özəlləşdirməyə mane olurlar. Bəli, sonrakı on illərdə özəlləşdirmə prosesində kimlərsə kitabxananı özəlləşdirib kababxanaya çevirdi, yaxud kimlərsə mədəniyyət və təbliğat sahəsinə aid olan kinoteatrı özəlləşdirib özü üçün ofis elədi, nə bilim yerində bina tikdi. Bax, hələ az qala 30 il əvvəl Ulu Öndər bu neqativləri gördüyü üçün xəbərdarlıq edirdi.
Sözün qısası, indi haqqında bəhs edəcəyimiz RİCH MTK da belə şirkətlərdən biridir.
Konkret olaraq onu qeyd edək ki, RİCH MTK-nın sahibi olan Azər adlı şəxs şəhərimizin gözəl mədəniyyət obyektlərindən biri olan məşhur “Sevil” kinoteatrını ələ keçirib. İndi artıq burada nə kino, nə mədəniyyət tədbiri, heç nə qalmayıb.
Məlumat üçün onu qeyd edək ki, RİCH MTK Yasamal rayonu ərazisində, Nazim Hikmət küçəsində, Musabəyov parkı ilə üz-üzə, Yasamalın ən hündür yerlərindən birində, hündür mərtəbəli binalar inşa edib satır.
RİCH MTK-nın reklamından bəlli olur ki, yaşayış kompleksinin şəhərin nisbətən yüksək hissəsində yerləşməsi bu ərazidə havanın daha təmiz olmasını və mənzillərdən şəhərə və dənizə daha gözəl mənzərənin açılmasını təmin edir. Kompleksdə ən son dünya standartlarına uyğun "Fitness və SPA" mərkəzi, müasir kafe və restoranlar, övladlarınızın təhlükəsizliyini tam təmin edə biləcək uşaq bağçası və idman meydançası nəzərdə tutulub.
Görəsən, şirkətin sahibi Azər müəllimdən soruşan yoxdurmu ki, kinoteatrı zəbt eləmək nə vaxtdan müasir dünya standartı hesab olunur..?
Kinoteatrı zəbt eləmək müasir dünya standartı deyil, cənab Azər müəllim, konkret cinayət əməlidir. Həm də şirkətinə RİCH (ingiliscə VARLI, ZƏNGİN mənasında ) adını götürən cənab Azər görünür özünü hamıdan varlı və…toxunulmaz hesab edir….
Cənab Azər müəllim bilməlidir ki, etdiyi qanunsuz əməllərə görə, gec-tez qanun qarşısında cavab verməlidir. Sevil kinoteatrının bərpasını isə yəqin ki, zaman özü yoluna qoyacaq. //gundelik-baku.com//

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam