Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Uşaqlar imtahan binasına girərkən alçaldıcı şəkildə yoxlanılırlar” -Ekspert

 

Təhsil eksperti Günay Məssimova 11-ci sinif şagirdi övladının buraxılış imtahanına giriş zamanı aparılan yoxlama prosesindən şikayətlənib.
Yenixeber.org: O bu barədə feysbuk profilində yazıb.

G.Məssimova bildirib ki, qızı ötən gün buraxılış imtahanına girib:
“Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar. Oğlanlar və qızlar ayrı ayrılıqda məsuliyyətli şəxslər tərəfindən əl ilə toxunularaq alt paltarına kimi yoxlanılırlar. Kimin ixtiyarı var yeniyetməyə valideyni yanında olmadan əl vurmağa, alt paltarına toxunmağa, bu şəkildə alçaltmağa, kobud şəkildə uşaqlarımızın hüququnu pozmağa, psixoloji təzyiq göstərməyə? Biz hansı cəmiyyətdə yaşayırıq? Bu insan haqlarının pozulması deməkdir.
Mən öncə qızımın dediklərinə tam inana bilmədim, soruşdurmağa başlayanda dəhşətə gəldim. Bu alçaldıcı, səviyyəsiz davranış illərdir davam edirmiş.
Mənim övladlarım İB sistemi ilə təhsil aldığından yerli sistemdən uzaq olmuşuq, indiyə kimi SAT, IELTS və bu qəbildən olan çox imtahanlarda iştirak etmişik və sivil dünyanın sivil imtahanlarında heç bir stress yaşamamışıq. Bəs bizdəki bu qaydaları kim qoyur? Kim nəzarət edir?  Şəffaf imtahan keçirməyin başqa yolu yoxdurmu? Bizimkilər niyə dünyadakı imtahan qaydalarından, insan hüquqlarından, yeniyetmə psixikasından, sivil sistemdən bixəbərdirlər?”
Səsləndirilən iddialarla bağlı Dövlət İmtahan Mərkəzinə müvafiq sorğunu ünvanladıq. DİM-dən bildirilib ki, iddialar araşdırılıb ictimaiyyətə ətraflı məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam