Göyçay rayon Suvarma Sistemləri İdarəsində nələr olur? -Baş Prokurora MÜRACİƏT
Yenixeber.org: Redaksiyamıza Göyçay rayonu Həbibi küçəsi, ev 50 sakini Azadov Seymur Əlibala oğlunun Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciətinin surəti daxil olub. Müəllif müraciətində Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun ciddi korrupsiya əməllərinə yol verdiyini idda edir və bununla bağlı özünün də iştirakı ilə hüquqi ölçü götürülməsini xahiş edir.
Biz yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istəsək də alınmadı:
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edirəm:
Cənab Baş Prokuror 03 avqust 2022-ci il tarixdə Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxt Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret sübutlarla məlumat verdim. Siz Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb, qanunu tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də heç bir tədbir görülmədiyini görüb, 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə Sizə məlumat verdikdə, Siz Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz. Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər. Hətta rayonda söz yayıldı ki, Şakir Əhmədovun tutduğu vəzifədən azad ediblər.
Ancaq indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər. Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər sübutlar var ki, araşdırmaya təqdim edə bilərəm. Həmin subutların araşdırılmasına zərurət var.
Həmçinin Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsa da yenədə işə gedib iş kabinetində əyləşib, göstərişlər verir.
Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı küllü miqdarda vəsaiti talan edib, adı işdə gedib özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri, yanacaq yazılaraq mənimsənilir. Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb, ancaq işə gəlmirlər.
Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub.
Cənab Kamran Əliyev, Sizdən xahiş edirəm Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənimdə dindirilməyimi təmin edib. ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.