Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Beh qalmaqalları: Məsələ necə tənzimlənir? -FOTO

 

Toy, xına məclislərinin aparıcıları ilə müştərilər arasında beh qalmaqalının yaşanması ilə bağlı mütəmadi olaraq paylaşımlar edilir. 

Yenixeber.org: Belə ki, müştərilər hər hansı səbəbdən toy, xına məclisini ləğv edən zaman verdikləri behi tələb edirlər. Aparıcılar isə həmin behi qaytarmırlar. 

Bir müddət əvvəl aktrisa Xuraman Əlizadə ilə müştəri arasında beh qalmaqalı yaşanıb. Xınayaxdı məclisinə dəvət edən şəxs müəyyən məbləğdə beh ödəyib. Daha sonra həmin adamın qardaşı rəhmətə getdiyindən xına mərasimi baş tutmayıb. O, X.Əlizadədən behi qaytarmağı tələb edib. Beh əvvəldən aktrisanın həyat yoldaşının kartına köçürülüb və X.Əlizadə həmin xanıma istənilən halda behin qaytarılmayacağını bildirib. 

Bəs beh məsələsi necə tənzimlənir? Bu, qanunvericiliklə tənzimlənirmi? 

Hüquqşünas Şamil Paşayev bildirib ki, beh razılaşması pulun az və ya çox olmasından asılı olmayaraq, yazılı formada bağlanmalıdır:

“Məhsulu görmədən şəxsin kartına beh üçün pul göndərilməsi adamların dələduzluğun qurbanı olmalarına şərait yaradır. Dələduzluğun yaranması üçün 500 manatdan yuxarı məbləğ lazımdır. Beh çox zaman daha az olur və vətəndaş pulunu geri ala bilmir.

Behin öz məğzinə gəldikdə isə müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə verilən puldur. Öhdəliyi icra etmək mümkün olmadıqda və tərəflər öz aralarında razılaşıblarsa, beh qaytarılmalıdır. Müqavilənin icra edilməməsində məsuliyyəti beh vermiş tərəf daşıyırsa, beh digər tərəfdə qalır”.

“Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin ikiqatını ödəməlidir”, - deyə o qeyd edib. (oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam