Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İnkişafdan kənarda qalan “Proqress 2016” MTK... -İDDİA

Emil Səməndərovun adı bir neçə qalmaqallı olayda hallandırılıb. Belə ki, onun rəhbıri olduğu “Proqress 2016” MTK mənzili bir neçə nəfərə satmaqda ittiham edilərək barəsində istintaq hərəkətlərinə başlandığı xəbəri yayılıb.
Yenixeber.org: Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, Abşeron rayonunda inşa etdiyi binada payçılara qarşı saxtakarlığa yol verdiyi deyilən şirkətin işi nəzarətdədir. Əldə etdiyimiz bilgiyə görə, vətəndaşların şikayətindən sonra “Proqress 2016” MTK-nin məsələsi hüquq-mühafizə orqanlarının diqqətindədir.
Əgər araşdırmaların nəticəsində MTK rəhbərliyinin fırıldağa yol verdiyi təsbit olunarsa, dələduzluğa görə cinayət işi açılması istisna edilmir.
Şirkətin sahibi həm də “Hayan E” MMC-nin hüquqi sədri Səməndərov Emil Tofiq oğludur. Şirkət neçə ildir payçıları aldatmaqdadır. Hazırda aparılan araşdırmalar və müəyyən istintaq hərəkətlərindən sonra E.Səməndərovu, eynilə şirkəti nə gözlədiyi qeyri-müəyyəndir. Payçıların tələbi isə müqavilə əsasında öz mənzillərini təhvil almaqdır. Şikayətçilərdən birinin sözlərinə görə, 2018-ci ilin dekabrında 39 min Mənzil aldığına sevinən payçı təmir işləri aparmaq istəyəndə ona məlum olur ki, ev hələ 2008-ci ildə “Hayan E” MMC-nin rəhbəri olmuş Tağıyev Elman tərəfindən Məsimov Səyyar Ələkbər oğlu adlı fiziki şəxsə satılıbmış. Amma illər sonra – 2017-ci ildə Nəsirov Rafiq adlı səlahiyyətli şəxs tərəfindən həmin mənzil yenə Səyyar Məsimova satılıb. Bir gündə iki hüquqi qüvvəsi olmayan sənəd imzalanıb. Şikayətçinin sözlərinə görə, müqaviləyə xitam verilməyib, digəri imzalanıb. Onların istintaq orqanlarından xahişi budur ki, bina Emil Səməndərov və adamlarından alınsın, haqq-ədalət bərpa olunsun. Digər payçı isə 30 min manat ödəyib və 2019-cu ildən mənzilini gözləməkdədir. Onu kimi xeyli sayda ailə oxşar aqibətlə üzləşib. “Proqress 2016” MTK-nın sahibi E.Səməndərov bu minvalla bir mənzili bir neçə şəxsə satıb, indisə azadlıqda gəzir, heç kəsi eşitmir, saymır. Sakinlərin orqanlara və KİV-ə müraciətlərindən sonra məsələnin ictimailəşməsi “Proqress 2016” MTK-nın rəhbərini təşvişə salıb. O, dələduzluqda ittiham olunur və işi ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. Lakin Bakıda ilk belə tikinti şirkətinin fırıldağı deyil.(xəbəral.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam