Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Qaradağ RİH-də “tender oyunları“: Qalib şirkətlər kimindir? -DE-FAKTO

bitmap-img6

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderləri bitmək bilmir. 
Yenixeber.org: Tenderlər əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən keçirilir. 
2022-ci ildə MKTİB abadlıq işləri, yolların və mənzil fondunun təmiri ilə əlaqədar ümumi maliyyə dəyəri 1 912 400.48 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb. 
Müqavilələrdən ikisi "Texnomaks” MMC, üçü "Qara Qaya” MMC, ikisi "Təmir-Təchizat-4” MMC, biri isə "Global Oilfield Solutions” MMC ilə imzalanıb. 
Qurumun keçirdiyi tenderlərin bir çoxunda şərtlər, hansı yolların, bunaların təmir olunacağı, hansı ərazinin abadlaşdırılacağı barədə məlumat yoxdur. 
MKTİB-in satınalma müqaviləsi imzaladığı şirkətlər də əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərin qalibi olur. 
Bu sırada xüsusilə "Qara Qaya” MMC-ni göstərmək olar. Nə sirrdirsə, sözügedən MMC yalnız Qaradağ MKTİB-nin keçirdiyi tenderlərdə qalib olur. Bəzi iddialara görə, "Qara Qaya”nın sirri onun Süleyman Mikayılovun nəzarətində olması ilə bağlıdır. 
Digər şübhəli şirkət isə "Təmir-Təchizat-4” MMC-dir. Maraqlıdır ki, MKTİB adıçəkilən şirkətlə müqavilə imzalayarkən onun dövlət büdcəsinə 8 126.80 AZN vergi borcu olub."Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır. 
Qaradağ sakinləri ilə söhbətdən isə məlum olur ki, rayonda abadlıq işləri nəzərəçarpacaq şəkildə deyil. Burada sadəcə kosmetik işlərdən söhbət gedə bilər. Beləliklə, aydın olur ki, Süleyman Mikayılov şübhəli şirkətlərlə 2 milyon manata yaxın vəsaiti kosmetik işlərə sərf edib. 
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifəni tutur. Əvvəllər isə Yardımlı və Lənkəran icra hakimiyyətlərinə başçılıq edib.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam