Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Azərbaycan Dəmir Yolları"nda Hicran Valehovdan miras qalan problemlər -DE-FAKTO

 
Bildiyimiz kimi, bir neçə gün əvvəl dövlət başçısının Sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Yenixeber.org: Dəmir Yollları sistemində baş alıb gedən talanlar, qanunsuzluqlar, hüqupozmalar mövzusunda qələmə aldığımız əvvəlki yazılarda ümid ifadə etmişdik ki, rəhbərlik dəyişəndən sonra yəqin ki, sədr müavini Hicran Valehovun yaratmış olduğu qruplaşma da dağılacaq və ondan qol qoyduğu qanunsuzluqlara görə hesabat tələb olunacaq.
Amma nədənsə bu işlər ləngiyir.Hələki 12 Salyan Yol Sahəsinin rəisi  Odur ki, araşdırılması gərəkən faktlar sırasına redaksiyamıza daxil olmuş yenilərini əlavə etməyə qərar verdik. Sadiq oxucularımız xatırlayarlar, etibarlı mənbələrə istinadən yazmışdıq ki, Saatlı rayonunun Minbaşlı kəndində bərbər işləyən şəxsin (Saatlı Dəmiryol Sahəsinin “Saatlı” məntəqəsi), Ələkbərov İslamın (“Sarıcalar” məntəqəsi) adları dəmiryol sistemində işdə getsə də, məşğuliyyətlərini başqa yerlərdə təmin ediblər. Onları “işə” götürən  8 saylı Saatlı Dəmiryol Sahəsinin rəisi Təvəkkül Xankişiyev isə necə deyərlər, “at oynadır”, istədiyi şəxsi işə götürdüyü kimi, istəmədiyi şəxsi də işdən çıxarır. İndilərdə əldə etdiyimiz məlumata görə, 12 Salyan Yol Sahəsinin rəisi Fizuli Süleymanovun işdə yol verdiyi ciddi qanun pozuntularına görə ərizəsi alınıb. Ağcabədi Dəmiryol Sahəsində isə, QSC-nin Kadrlar şöbəsindən bir müddət əvvəl Ceyhun adlı vəzifəli şəxs “aidiyyəti üzrə araşdırma” aparmaq üçün yerlərə ezam olunmuş və özü çatmazdan qabaq sahə rəislərinə xəbərdarlıq yollamışdır ki, “hamı işdə olsun, gəlib yoxlayacam”.
Saytımıza daxil olmuş məlumata görə, Ağcabədi Dəmiryol Sahəsində emalatxana briqadiri vəzifəsinə yenicə təyin olunmuş şəxs qeyri-peşəkardır, müvafiq təhsili yoxdur, mexaniki qaydalardan başı çıxmır. 13 saylı Yevlax Dəmiryol Sahəsinin rəhbərinin yaşı 65-i ötüb, pensiyaçı statusu daşıyır, amma müqavilə ilə işləyir. Yevlax Dəmiryol Sahəsinin “Ləki” məntəqəsində çatışmazlıqları Vüqar Baxşəliyevin öz boynuna götürməsi qarşılığında ona vəd olunub ki, bir neçə aya ara sakitləşəndən sonra o, yenidən işə götürüləcək. Çatışmayan 200 ton metalı isə hesabdan silmək üçün hissə-hissə metal qəbulu məntəqələrinə veriblər. Bərdə məntəqəsində isə müvafiq təhsili olmayan şəxsi usta işinə götürüblər. Hansı ki, onun faktiki olaraq dəmiryol barədə anlayışı yoxdur. Etibarlı mənbənin verdiyi məlumata görə Bərdə məntəqəsində yaxın günlərdə  4 dəst yolayrıcı yoxa çıxıb.Mövzuya qayıdacağıq.  (Mediatv.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam