Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu - Eyni məhsulu daha baha qiymətə aldılar

img
 

Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən bu ilin iyun ayının 23-də elan olunan  tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi 14.07.2022-ci il tarixində açıqlanıb.
Yenixeber.org: 84 adda təsərrüfat məhsulunun alınması mqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Tural-FB” MMC (VÖEN- 1307245221) olub. “Tural-FB” MMC Şəki rayon Psixiatriya Xəstəxanasına satacağı 84 adda məhsul üçün 39 min 182 manat alacaqdı.

Lakin, tenderin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03.08.2022-ci il tarixli 11/11-5/4502p saylı məktubuna əsasən etibarsız hesab olunub.
Bundan sonra Şəki rayon Psixiatriya Xəstəxanası 25.08.2022-ci il tarixində 84 adda məhsulun alınması üçün təkrar tender müsabiqəsi elan edib.
Qeyd edək ki, əvvəlki tender müsabiqəsilə müqayisə bu dəfə aşağıdakı məhsulların miqdarı artırılıb.

 

Birinci müsabiqədə (ədəd)

İkinci müsabiəqədə (ədəd)

Ayna silən maye

100

250

Paltar paraşoku

350

400

Sabun 72%

2000

3000

Şampun (600 ml)

1500

1800

Maye sabun (5 l)

800

1200

Əlcək

500

850

Paltaryuyan üçün yuyucu vasitə

50

250

Kağız tutan dəmir

100

250

İkinci dəfə keçirilən tender müsabiəsinin qalibi isə bu gün açıqlanıb və məlum olub ki, qalib şirkət yenə də “Tural-FB” MMC olub. Amma, birinci tenderdən fərqli olaraq “Tural-FB” MMC-yə  84 adda məhsul üçün 48 min 494 manat 70 qəpik ödəniləcək. Açıqlanan siyahıda adı keçən məhsulların miqdarı artırıldığı üçün “Tural-FB” MMC-yəəlavə olaraq 9 min 312 manat 70 qəpik ödəniləcək.
Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.
“Tural-FB” MMC iyul ayında Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.
Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tural-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.(yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam