Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

""Bravolaşmış" məmləkətdə bu şəbəkə marketlərə sərf etmir"


“Sosial şəbəkələrdə, mediada bir çox adam meyvələrin baha olmasından şikayət edir, başadüşüləndir, amma obyektiv baxış deyil”.
Yenixeber.org: Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ölkədə hər şey baha olduğu üçün istehsalçılar da məcbur qiymətləri artırmalı olurlar:

“Ölkədə meyvə istehsalçıları il boyu gözlərini 2-3 ay mövsümdə qazanacaqları pula dikiblər, məmləkətdə hər şeyin baha olduğu, ərzaq infilyasiyasının rəsmi rəqəmlərə görə 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?! Əgər öz gilasını, almasını, albalısını, əriyini satıb əvəzində baha un, yağ, ət almalıdırsa, qiyməti artırmaqdan başqa nə yolu qalır?!
Başqa bir dərdləri də odur ki, “bağdan süfrəyə” məhsulları çatana qədər 10 əl dəyişir, onların birbaşa bazara çıxışı da yoxdur, söhbət ondan getmir ki, hər fermerə şəhərdə bir “piştaxta” verilsin, bu heç istehsalçıya da sərf etməz – fermer hər gün öz bağından 3-5 yeşik meyvə yığırsa bunu gündəlik Bakıya gətirib satmaq sərf etməz, heç yol xərcini ödəməz. Amma ölkədə normal sistem qurulsaydı, dövlət konkret dəstək göstərsəydi, məsələn, hər kənddən növbəli sistem ilə gündə 1 fermer həm öz, həm də həmkəndlisinin malını Bakıya gətirib satar, pulunu da gətirib kəndliyə verərdi. Bu sistem qurulsa hər kənddə fermerə ayda 1-2 dəfə bazara mal gətirmək növbəsi düşərdi. Bir şərtlə ki, şəhərdə satış yeri üçün pul verməsin, yolda ona DYP-lər ondan pul-para almasınlar – vəssalam, bu zaman fermer də qazanar, əhali də daha ucuz mal-məhsul alardı.
Amma supermarketlərlə süslənmiş, “bravolaşmış” məmləkətdə bu şəbəkə marketlərə sərf etmir axı, ona görə də belə bir sistemin qurulmasında maraqlı deyillər. Qaragün kəndli min bir əziyyətlə öz malını şəhərə çatdırıb hansısa metronun qarşısına yeşik düzüb satmaq istəsə də 10 yerdən “əliqovluqlular” və “əlidəyənəklilər” peyda olurlar...”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam